GERASİMOV Mixail Mixayloviç (15.9.1907, S.-Peterburq – 21.7.1970, Moskva) – rus antropoloqu, arxeoloq. Tarix e.d (1956). SSRİ Dövlәt mükafatı laureatı (1950), RSFSR әmәkdar elm xadimi (1969). Hә- kim ailәsindә doğulmuşdu. G. bir alim kimi B.E.Petrinin tәsiri altında püx tәlәşmişdi. 1922 ildәn İrkutsk muzeyinin әmәkdaşı olmuş, müstәqil qazıntılar aparmış, 1925–28 illәrdә Anqarboyu vә Şәrqi Sibirdә Paleolitdәn Dәmir dövrünәdәk olan bir sıra arxeoloji abidәlәri (o cümlәdәn Malta düşәrgәsini) aşkar etmişdi. G. daş dövrü abidәlәrindә geniş sahәdә qazıntılar aparılması metodunu ilk dәfә tәtbiq edәnlәrdәndir. Sonralar 1934, 1937 vә 1956–58 illәrdә dә qazıntılar aparmışdı. 1933 ildәn Leninqradda Maddi Mәdәniyyәt Tarixi Dövlәt Akademiyasının Paleolit şöbәsindә, eyni zamanda Ermitajın restavrasiya emalatxanalarında işlәmişdi. G. plastik portret bәrpa metodunun müәllifi vә mәktәbinin banisidir. O, qazıntı insanın kәllә әsasında sifәt quruluşunun bәrpasının ilk tәcrübәlәrini 1927 ildә keçirmişdi. G. 1938 ildә kriminalistika obyektlәrindә tәcrübәlәlә yoxlanılmış portret bәrpasının metodunu işlәyib hazırlamışdı. G. 100-dәn artıq qәdim insanın sifәt quruluşunu bәrpa etmiş vә 20-dәn çox tarixi şәxsiyyәtin heykәl portretlәrini (o cümlәdәn tacik şairi Rudәki, Qızıl orda xanı Uluqbәy, rus knyazları Yaroslav Mudrı vә Andrey Boqolyubski, çar IV İvan Qroznı, Əmir Teymur, avar sәrkәrdәsi Hacı Murad, alman şairi F. Şiller vә b.) yaratmışdı. G. 1944 ildәn Rusiya Elmlәr Akademiyasının (REA) Maddi Mәdәniyyәt Tarixi İn-tunda çalışmışdı. 1950 ildә Etnoqrafya İn-tu (indi REA-nın Etnlogiya vә Antropologiya İn-tu) nәzdindә plastik bәrpa laboratoriyası yaratmış vә ömrünün sonunadәk ona rәhbәrlik etmişdi.