GERÁSİMOV Sergey Apollinariyeviç (3.6.1906, Çelyabinsk vil., Çebarkul r-nu, Kundravı k. – 28.11.1985, Moskva) – rus kinorejissoru, aktyor, ssenarist. SSRİ xalq artisti (1948). Sosialist Əmәyi Qәhrәmanı (1974), SSRİ Pedaqoji Elmlәr Akademiyasının akad. (1978). SSRİ Dövlәt mükafatı laureatı (1941, 1949, 1951, 1971). T.F. Makarovanın әri. 1923–25 illәrdә Leninqrad rәssamlıq mәktәbindә oxumuşdur. Leninqrad Sәhnә Sәnәti İn-tunu bitirmişdir (1928). Kinoya 1924 ildә Ekssentrik Aktyor Fabrikinin aktyoru kimi gәlmiş, sonralar “Sovkino”-nun (1934 ildәn “Lenfilm”) aktyoru vә rej.-u olmuşdur. Q.M.Kozintsev vә L.Z. Trauberqin (“Ayılar Yudeniçә qarşı”, “Şeytan çarxı”, “Şinel”, “S.V.D”, “Yeni Babilistan”, “Tәnha”), F.M.Ermlerin (“İmperiyanın qalığı”), V.İ.Pudovkinin (“Fәrari”) vә b.-nın filmlәrindә çәkilmişdir. Özünü, әsasәn, qrotesk yönümlü, iti, dәqiq tәsvirli psixoloji aktyor kimi göstәrmişdir. “İyirmi iki bәdbәxtlik” (1930, S.İ.Bartenevlә birgә), “Sәni sevirәmmi” (1934) filmlәri G.-un ilk rej. işlәridir. Onun müasir mövzuya marağı “Yeddi cәsur oğlan” (1936), “Komsomolsk” (1938) filmlәrindә özünü büruzә vermişdir. “Müәllim” filmi (1939) G.-un әn әhәmiyyәtli işlәrindәn biri idi; M.Y.Lermontovun “Maskarad” (1941, Neizvestnı rolunda G.) dramının ekranlaşdırılması yüksәk aktyorluq vә rejissorluq yanaşması ilә fәrqlәnirdi. İkinci dünya müharibәsi illәrindә “Mәğlubedilmәzlәr” (1943, M.K.Kalatozovla birgә) vә “Böyük torpaq” (1944) filmlәri arxa cәbhәdәkilәrin qәhrәmanlığından bәhs edir. 1944–46 illәrdә Mәrkәzi Sәnәdli Filmlәr Studiyasının direktoru, 1946 ildәn “Soyuzdetfilm” kinostudiyasının (1963 ildәn M.Qorki ad. Mәrkәzi Uşaq vә Gәnclәr Filmlәri Studiyası; 1960–74 illәrdә Birinci Yaradıcılıq Birliyinin, 1974 ildәn Gәnclәr mövzusu üzrә yaradıcılıq birliyinin bәdii rәhbәri). Moskvada G.Vaxtanqov ad. teatrda, Kinoaktyor teatr-studiyasında (burada tәlәbәlәri ilә birgә A.A.Fadeyevin “Gәnc qvardiya” romanına quruluş vermiş, bu quruluşun әsasında monumental “Gәnc qvardiya” (1948) filmini çәkmişdir) işlәmişdir. 1957–58 illәrdә G. “Sakit Don” (M. Şoloxovun eyniadlı romanı üzrә; Karlovı-Varı Beynәlxalq kinofestivalının baş mükafatı) filmini çәkmişdir. Digәr filmlәri: “İnsanlar vә heyvanlar” (1962, ADR ilә ilә birgә; knyaz Lvov-Şerbatski rolunda), “Jurnalist” (1967), “Göl kәnarında” (1970, Karlovı-Varı Beynәlxalq konofestivalının mükafatı), “İnsanı sevmәk” (1973), “Qızlar–analar” (1975), “Pyotrun gәncliyi” vә “Şanlı işlәrin başlanğıcında” (A.N.Tolstoyun “Birinci Pyotr” romanı üzrә; hәr ikisi 1981) dilogiyası, “Lev Tolstoy” (1984, Lev Tolstoy rolunda; Karlovı-Varı Beynәlxalq kinofestivalının baş mükafatı). Sәnәdli (“Azad edilmiş Çin”, ÇXR ilә birgә, 1950 vә s.), televiziya (“Qırmızı vә qara” serialı, 1977) filmlәri var. 1931 ildәn pedaqoji fәaliyyәt göstәrmişdir. S.F.Bondarçük, L.A.Kulicanov, T.M.Lioznova, K.Q.Muratova, İ.V.Makarova, N.N.Rıbnikov, L.M.Qurçenko vә b. G.-un şagirdlәri olmuşlar. “Müәllim” (1939) vә “Bizim günlәr” (1940) pyeslәrinin müәllifidir. 1986 ildә Ümumrusiya dövlәt Kinematoqrafiya İn-tuna G.-un adı verilmişdir. Lenin mükafatına (1984) layiq görülmüş, 4 dәfә Lenin ordeni ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: Kino sәnәti haqqında. M., 1960; Seçilmiş әsәrlәri. 3 cilddә. M., 1982–83.
Əd.: С.А.Г е р а с и м о в в высказываниях, воспоминаниях, письмах. M., 1996.