Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERB KİTABI 

    GERB KİTABI (çexcә erbovník, polyak-ca herbarz, fr. rôle d’armes, armorial, ing. Roll of arms, armorial, alm. Wappenrolle, Wappenbuch, italyanca stemmario) – gerb rәsmlәri, yaxud tәsvirlәrinin toplusu; gerb rәsmlәrini öyrәnmәk üçün möhürlәrlә yanaşı әsas tarixi mәnbәlәrdәn biri. G.k. Qәrbi Avropada 13 әsrdә yaranmışdır. 14–15 әsrlәrdә heraldik materialın mәcәllә halına salınması sistemi әnәnәvi hal almışdı. 16– 18 әsrlәrdә dә tәrtib edilirdi. Müasir gerbşünaslıq “hadisәyә görә”, institusional, ümumi, sistemlәşdirilmiş (nizamlanmış) vә “ikinci dәrәcәli” gerb kitablarını fәrqlәndirir.

    “H a d i s ә y ә   g ö r ә” G.k.-ları konkret hәrbi, yaxud siyasi hadisәyә – mühasirәyә, yarışa, müqavilә iştirakçılarına aid gerblәri [Biqo G.k. (1254–55), Flandriya yürüşü G.k. (tәqr. 1297–98), Folkirk G.k. (1298), Arras sülhü G.k. (1435) vә s.] ehtiva edir. “Hadisәyә görә” G.k.-ları әksәr hallarda illüstrasiyalı әlyazmalardan deyil, gerblәrin mәtn tәsvirlәrindәn, bәzәn hәr ikisinin әlaqәlәndirilmәsindәn ibarәt olur. Onlar genealoji vә sosial xarakteristikaya toxunur; digәr G.k.-ları ilә müqayisәdә daha dәqiq tarixqoymaya malik olurlar. İ n s t i t u s i o n a l  G.k.-ları daimi cәmiyyәtlәrin – cәngavәr ordenlәri, müxtәlif qardaşlıq tәşkilatları vә digәr birliklәr, sәnәtkarlıq korporasiyaları vә s.-nin gerblәrindәn ibarәtdir [Burqosda Santyaqo cәngavәrlәri qardaşlığının G.k. (14 әsr), Lüsern ş. çörәkçilәri sexinin G.k. (1408) vә s.]. Onlar bәzәn onilliklәr әrzindә tәrtib edilirdi. Bu G.k.-larında daim verilәn gerb rәsmlәri peşәkarlığı ilә fәrqlәnir vә son Orta әsrlәr dövrünün әn gözәl illüstrasiyalı әlyazmaları sayılır. Ümumi G.k.-larında gerblәr regional-universal prinsip әsasında toplanır, onlar bir çox krallıq vә ölkәdәn olan gerblәri әhatә edir [Vaynbergen G.k. (tәqr. 1275–80), Sürix G.k. (tәqr. 1335–45), Geldern G.k. (tәqr. 1370–86) vә s.]. Bu tip G.k.-ları, demәk olar, hәmişә heroldlar kollektivinin çoxillik yaradıcılığının mәhsulu olur. S i s t e m l ә ş d i r i l m i ş  G.k.-ları rәsmlәrә (şir, xaç vә s.), yaxud әlifbaya görә qruplaşdırılmış gerblәrdәn ibarәtdir; 14 әsrdә yaranmışdır [Kukun sistemlәşdirilmiş G.k. (1340)]. Heroldlar onları gerbin sahibini tez müәyyәnlәşdirmәk mәqsәdilә tәrtib edirdilәr. “İ k i n c i   d ә r ә c ә l i” G.k.-ları әdәbi әsәr, yaxud digәr yaradıcılıq mәhsulu әsasında meydana gәlirdi; bu tip әsәrlәrdә heraldik süjet xәtti müәllifin әsas mәqsәdlәrinә aid olmasa da, mәtndә rәsmlәri vә tәsvirlәri verilmiş gerblәrin sayı ayrıca G.k.-nın tәrtibi üçün yetәrli olurdu [Matvey Parislinin Böyük xronikasından G.k. (1244–59)]. 

    Tipindәn asılı olaraq, G.k.-nın müxtәlif mәqsәdlәri vә yaradılmasına sövq edәn motivlәri var. G.k. onlarla, yaxud bir neçә min gerbdәn ibarәt ola bilәr; xüsusi daxili struktura malikdir. Tәqr. 350 әdәd Qәrbi Avropaya aid orta әsrlәr G.k. mәlumdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN