Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERD Aleksandr Yakovleviç

    GERD Aleksandr Yakovleviç (5.4.1841, S.-Peterburq – 13.12.1888, orda) – rus pedaqoqu, Rusiyada tәbiәtşünaslığın elmi fәnn kimi tәdrisi metodikasının banisi. S.-Peterburq un-tini bitirmişdir (1863). Vasiliostrovski ödәnişsiz mәktәbinin tәsisçilәrindәn vә müәllimlәrindәn biridir (1860– 65), I Peterburq hәrbi gimnaziyasında dәrs demiş (1865 ildәn), Rusiyada hәddi-büluğa çatmamış cinayәtkarlar üçün S.-Peterburq yaxınlığında birinci islah kaloniyasının direktoru olmuşdur (1871–74). 1870–80 illәrdә Rusiyada qadın tәhsilinin tәşkilindә iştirak etmişdir: 1877 ildәn Obolen qadın gimnaziyasında tәbiәtşünaslıq, zoologiya, kosmoqrafiya vә pedaqogikadan dәrs demiş, 1882–88 illәrdә Ali qadın (Bestujev) kurslarında komitә sәdri vә S.-Peterburq şәhәr mәktәb komissiyası nәzdindә tәdris eksperti olmuş, 1880–83 illәrdә şәhәr mәktәblәrinә faktiki rәhbәrlik etmişdir.

    G. Rusiyanın proqram vә dәrsliklәrindә tәbiәtin tarixi inkişafı ideyasını әks edirmәyә çalışan vә mәktәblәrdә tәbiәtşünaslığın tәdrisindә bioloji tәkamülün istiqamәtini әsaslandıran ilk rus metodist-tәbiәtşünasıdır. Mineralogiya üzrә – “Mineralogiyadan ilk dәrslәr” (1888), “Mineralogiya dәrsliyi” (1896), “İbtidai mәktәblәr üçün mineralogiya qaydaları” (1895); “Zoologiya dәrsliyi” (1877–83; 1903), “Coğrafiya dәrsliyi” (1887–89), “Ümumi coğrafiya üzrә qısa kurs” (1889) “Tәbiyyat üzrә qısa kurs” (1878; 1806) dәrsliklәrinin müәllifidir. “Bitkilәrin tәyini” (1868–69) vә “Mineralların tәyini” (1870; 1885) kitablarını, “Allahın dünyası” (“Torpaq, hava vә su”, 1883; 1918) vә “İbtidai mәktәbdә fәnn dәrslәri” metodik vәsaitini (1883; 1914), elәcә dә cansız tәbiәt kursu üzrә dәrs vәsaitini tәrtib etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN