Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERÉRO 

    GERÉRO – gereroların dili. Əsasәn, Namibiya, hәmçinin Anqola vә Botsvanada yayılmışdır. Etnoslararası ünsiyyәt dilidir. Bu dildә danışanların sayı tәqr. 150 min nәfәrdir (1999). Bantu dillәrinә daxildir. Bir sıra yerli dialektlәri var. Açıq hecanın, qısa vә uzun saitlәrin, kar vә cingiltili dişarası samitlәrin (sürtünәn, burun) olması, sait vә samitlәrin ahәngi әsas fonetik xüsusiyyәtlәridir. Vurğu kvantitativ vә sabitdir (sonuncudan әvvәlki hecada). Tonal dildir. Uzlaşma dәrәcәlәri sisteminin (19 dәrәcә) olması qrammatik quruluşunun әsas xüsusiyyәtidir. Ad әlamәtlәri – ön şәkilçilәr “o” saiti ilә başlayan ikihecalı formaya malikdir (5-ci dәrәcә “e-” ön şәkilçisi istisna olmaqla). “A” saiti ilә bitәn feil, düzәltmә şәkilçili 7 forma düzәldә bilәr. Feillәr üçün әvvәldәki saitli hecanın tәsiri ilә sondakı “- a”-nın artan assimilyasiyası xarakterikdir. İşarә әvәzliyinin 4 uzaqlıq-yaxınlıq dәrәcәsi var. Söz sırası belәdir: “mübtәda + +xәbәr + tamamlıq”. Söz yaradıcılığı ön şәkilçilәr, söz sonu şәkilçilәr vә sözlәrin birlәşmәsi vasitәsilә geniş ifadә olunmuşdur. Leksikasında afrikaans, nama, ingilis vә alman dillәrindәn alınma sözlәr var. G. yeni terminlәrlә zәnginlәşmәkdәdir. Yazısı 20 әsrin әvvәlindә latın әlifbası әsasında yaradılmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN