Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEREROLAR 

    GEREROLAR (özlәrini o v a h e r e r o adlandırırlar) – Namibiyada vә Anqolanın c.-q.-indә bantular qrupundan xalq. Əsil G.-a (Ağ Nosob çayı boyu vә Svakop çayının yuxarı axarlarında, Vaterberx d.nda), mbandiyerulara (mbanderular, ovambanderular – Namibiyanın ş-indә Omaheke vil.-ndә), himbalara (ovahimbalar) vә çimbalara (ovaçimbalar, tjimbalar – Kaoko yaylasının şm.-ında vә Anqolada) bölünürlәr. Sayları Namibiyada 157 min, Anqolada – 126 min nәfәrdir (2006). Hәmçinin Botsvananın şm.-q.-indә yaşayırlar (20 min nәfәr). Gerero dilindә, hәmçinin afrikaans vә nama (Namibiyada), svana (Botsvanada), ingilis (Namibiyada vә Botsvanada) vә portuqal (Anqolada) dillәrindә danışırlar. Namibiyada 33%; Botsvanada 80% vә Anqolada 95% xristianlardır, qalanları әnәnәvi inanclarını saxlayırlar.

    Tarixi rәvayәtlәrә görә, tәqr. 16 әsrdә G. Çiviseua vә Kamatanın başçılığı ilә Zambezi vә Okavanqo çayarasında mәskunlaşmış, sonra c.-a doğru indiki Botsvana әrazisinә miqrasiya etmişlәr; daha sonra onların bir hissәsi indiki Namibiyanın şm.-q.-inә Kaoko yaylasına köçmüşlәr; ş.-dә qalan G. (mbanderular) gedәnlәr haqqında demişdilәr: “Va gererera” – “Onlar qәrara gәldilәr!” (buradan da G.-ın adı yaranmışdır). 18 әsrin sonlarından Kap müstәmlәkәsilә mal-qara, әt, dәri vә dәmirçilik sәnәtkarlığı, ağacişlәmә mәmulatları ilә ticarәt aparırdılar. 1840-cı illәrdәn alman missionerlәrinin sayәsindә burada xristianlıq yayılmışdı. 19 әsrin ortalarında ağsaqqallar şurası, baş komandan (omuhongere omunene) vә sәfirlә (ovatumua) birlikdә idarә edәn başçının (omuxona) rәhbәriyi ilә icma birliklәri meydana gәlmişdi. Namalarla (koy-koyin) müharibә zamanı (1863–70) G.-lar hәrbi başçı Samuel Maqareronun rәhbәrliyi altında birlәşmişdilәr. 1884 ildә B.Britaniya Namibiyadan geri çәkildikdәn sonra, Almaniya G.-ın әrazisini zorla öz himayәsinә alıb, yerli әhalini qul kimi istismar edәrәk, bütün resursları, xüsusilә almaz yataqlarını әllәrinә keçirmişdi. 1885 ildә G.-ın әrazisi Almaniya Cәnub-Şәrqi Afrikasının tәrkibinә qatılmışdı. S.Mararenonun başçılığı ilә baş verәn 1904–07 illәr nama vә gererolar üsyanının mәğlubiyyәti onların almanlar tәrәfindәn 75%-әdәk qırılmasına gәtirib çıxarmışdı. Şәxsi mal-qara saxlamaq hüququndan mәhrum olan Namibiya G.-ı Avropadan gәlmәlәrin mal-qara sürülәrini otarmağa, әkinçiliklә mәşğul olmağa, Avropa mәdәniyyәtini mәnimsәmәyә vә xristianlığı qәbul etmәyә başlamışdılar. 1960-cı illәrin sonundan 1989 ilәdәk Gererolend vә Kaokolend bantustanları mövcud olmuşdur. Müasir G. әsasәn k.t.-nda vә mәdәnlәrdә muzdla işlәyirlәr, onların bir hissәsi şәhәrlәrdә yaşayır, ziyalıları da var. Himbalar vә çimbalar әnәnәvi yaşayış tәrzini saxlayırlar.

    Ənәnәvi geyimli gerero qadınları.

    Ənәnәvi mәdәniyyәtlәri Cәnubi Afrika köçәri maldar tayfaları üçün sәciyyәvidir. Əsas әnәnәvi mәşğuliyyәtlәri – qaramal bәslәmәk (bir sürünün sayı 4 min başa, ümumi miqdarı 19 әsrin sonunda 90 min başa çatırdı) idi. Qadınları darı vә kalış becәrirlәr. Ənәnәvi yaşayış mәskәnlәri – kraal (onqanda) irsi başçının (omuhona) rәhbәrliyi ilә qohumluğu ata xәtti üzrә hesablanan linici tәşkil edirdi. Evlәri – dәrilәrdәn çadır (ozoncua; әsasәn qadınlar tәrәfindәn quraşdırılırdı), geyimlәri – keçi vә qoyun, yaxud vәhşi heyvanların aşılanmış dәrisindәn döşlüklәrdir (qadınlarda daha uzun olurdu). Bәzәk әşyaları metal muncuqlar vә spiralvarı qolbaqlardan, dәvәquşu yumurtasının qabığından boyunbağılardır. Missionerlәrin arvadları vә qızları geyindiklәri Viktoriya tipindә qadın donları, ucları qabağa bağlanan yaylıqdan ibarәt baş geyimi sәciyyәvidir. Əsas yemәklәri – taxta qablarda vә tuluqlarda turşudulmuş süd (omaere), bayramlarda әtdir. İcmanı seçkili başçı (muxona) idarә edir, müharibә zamanı vahid başçı sçilirdi. ikilidir: qohumluğu ata xәtti üzrә hesablanan 20 qәbilәyә (oruzo) vә qohumluğu ana xәtti üzrә hesablanan 6 qәbilәyә (eanda) bölünürdülәr; mülkiyyәt (mal-qara) irsәn ana xәtti ilә ötürülürdü.

    Ənәnәvi inancları – әcdadlar kultu (mukuru), müqәddәs inәklәrә vә Ncambi, Karunqa vә Omukuru ali allahlara sitayişdir. Omuxonun çadırı yanında daim müqәddәs od (okuruo) yanır vә orada yeni doğulmuş uşaqları tәqdisetmә mәrasimlәrindә sәpilmәk üçün müqәddәs su saxlanırdı. G.-ın әsatirlәri (ulu әcdadları Mukuru haqqında mif), әfsanәlәri vә s. mәlumdur. İnisiasiya, toy, dәfn, anım mәrasimlәri rәqslәrlә vә dini nәğmәlәrlә müşahidә olunur. Şәn mәrasimlәrdә vә bayramlarda üzlәrinә dәridәn hazırlanmış maskalar taxırlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN