GEREVİÇ (Gerevich) Aladar (16.3.1910, Yasberen k. – 14.5.1991, Budapeşt) – Macarıstan idmançısı (qılıncoynatma). Qılıncoynatma üzrә dünyada yeganә 7 dәfә Olimpiya çempionu (1932, 1936, 1948, 1952, 1956, 1960 – komanda yarışlarında, 1948 – şәxsi). Olimpiya Oyunlarının bürünc (1936) vә gümüş (1952), rapira növündә bürünc (1952) mükafatçısıdır. Dәfәlәrlә dünya çempionudur (1951 vә 1955 – şәxsi, 1937, 1951, 1953–55, 1957, 1958 – qılıncoynadanların komanda yarışlarında). Avropa çempionatlarının şәxsi (1935) vә komanda turnirlәrinin (1931, 1933–35) qalibidir.