GÉRİ (Gary) – ABŞ-ın şm.-ında, İndiana ştatında şәhәr. Əh. 80,3 min (2010). Çikaqo ş.-nin şәrq sәnaye zonasıdır. Miçiqan gölündә port (illik yük dövriyyәsi 20 mln. t-dan çox). Ölkәnin iri qara metallurgiya mәrkәzidir. Ağır maşınqayırma vә metal emalı, kimya, neft emalı, sement sәnayesi var.
Ölkәnin әn iri qara metallurgiya mәrkәzidir. Ağır maşınqayırma, metal emalı (metallurgiya sәnayesi üçün avadanlıqların, metal konstruksiyaları, boru, d.y. sisterni, tank korpusu, hәmçinin podşipnik, avtomobil hissәlәri, elektrik avadanlıqları istehsalı); kimya, neft emalı, sement sәnayesi inkişaf etmişdir. Miçiqan gölündә port (yük dövriyyәsi ildә tәqr. 20 mln. t) var.
Geri. Müqәddәs mәlәklәr kilsәsi. 1906.