GERİÇƏKİLMƏ – bölmә, hissә vә birlәşmәlәri düşmәnin zәrbәsi altından çıxarmaq, müdafiә üçün mövqe tutmaq, әkszәrbәyә hazırlıq, vaxt qazanmaq vә s. mәqsәdilә qoşunların әvvәlcәdәn düşünülmüş vә ya mәcburi yerdәyişmәsi. G. döyüşdәn çıxmaq yolu ilә, yaxud әvvәlcәdәn hazırlanmış plan üzrә döyüşdәn qabaq hәyata keçirilә bilәr. G. әmәliyyatı yüksәk vәzifәli rәisin әmrinә әsasәn, xüsusi ayrılmış bölmә vә hissәlәrin kömәyilә yerinә yetirilir.