Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERİKE 

    GERİKE (Guericke) Otto fon (20.11. 1602, Maqdeburq - 11.5.1686, Hamburq) - alman fiziki. Leyptsiq, Yen, Helmştadt və Leyden un-tlərində təhsil almışdır. Maqdeburqun burqomistri olub (1646-78). G. vakuumun mövcudluğunu isbat etməyə çalışaraq, hava nasosunu ixtira etmiş, onu təkmilləşdirmiş və bir sıra təcrübələr qoyaraq atm. təzyiqinin mövcudluğunu sübut etmişdir (“Maq­deburq yarımkürələri” ilə təcrübə, 1654). Havanın elastikliyini, onun sıxlığını, səskeçirmə qabiliyyətini və s. təyin etmişdir. Elektrostatik maşin (dəmir оха keçirilmiş və əllərin içi ilə fırlanıldığı zaman elektriklənən kürə) qurmuşdur (təqr. 1660). Elektriklənən əşyaların qarşılıqlı itələnməsini, təsir vasitəsilə elektriklənməni təyin etmiş, kükürddən düzəldilmiş elektriklənən kürənin qaranlıqda işıqsaçmasını müşahidə etmişdir. Su barometrini (1657), hiqrometri, hava termometrini, manometri (təqr. 1662) ixtira etmişdir. Barometrin göstəricilərinə əsasən havanı qabaqcadan deyə bilirdi. Yer meridianının uzunluğu boyunca yerləşmiş dəmir oxların döyülmə zamanı maqnitləşməsini aşkar etmişdi. “Yeni Maq­deburq təcrübələri adlanan, boş fəza ilə təcrübələr”traktatının müəllifidir (1672).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN