GERİNQ (Görinq) Herman (12.1.1893, Rozenhaym – 15.10.1946, Nürnberq) – nasist Almaniyasının dövlәt vә siyasi xadimi, әsas hәrbi canilәrdәn biri. Almaniya Cәnub-Qәrbi Afrikasının ilk imperiya komissarı H.Gerinqin varlı zadәgan ailәsin- dәndir. Karlsrue vә Lixterfeld kadet korpuslarında tәhsil almışdı. 1912 ildә piyada zabiti olmuş, 1914 ildә aviasiyada xidmәt keçmişdi, Birinci dünya müharibәsindә әn mәşhur alman tәyyarәçilәrindәn biri idi, “Rixtqofen” qırıcı eskadrilyasına koman- danlıq etmişdir. Müharibәdәn sonra dinc şәhәrlәrin bombardman edilmәsindә ittihama görә Almaniyanı tәrk etmiş, Danimarka vә İsveçdә pilot işlәmişdi. 1921 ildә Almaniyaya qayıdan G., A.Hitlerlә tanışlıqdan sonra 1922 ildә Nasional-sosialist alman fәhlә partiyasına (NSAFP) qoşulmuş, hücumçu dәstәlәrin (SA) tәşkilatçısı vә rәhbәri olmuşdur. Pivә qiyamının (1923) tәşkilatçılarından vә fәal iştirakçılarından idi. Bir müddәt Avstriyada, İtaliya vә İsveçdә yaşamışdı. 1927 ildә siyasi әfvin elan olunması ilә әlaqәdar Almaniyaya qayıtmışdı. 1928 ildәn NSAFP-dәn reyxstaqın deputatı, 1932 ildәn (1945 ilәdәk) reyxstaqın sәdri olmuşdu. 1933 ildә ölkәdә prezident P. fon Hindenburqla bütün hakimiyyәtin Hitlerә verilmәsi ilә bağlı danışıqlarda mühüm rol oynamışdır. Nasist rejimi dövründә icraedici orqanlarda: 1933 ildәn imperiya naziri, imperiya aviasiya komissarı, Prussiya baş naziri vә daxili işlәr naziri, 1935 ildәn imperiya meşәçilik vә imperiya ovçuluq idarәlәrinin başçısı, 1936 ildә 4 illik planının yerinә yetirilmәsi üzrә baş müvәkkil, 1937–38 illәrdә imperiya iqtisadiyyat naziri, 1939 ildәn İmperiya müdafiә şurasının sәdri vәzifәlәrini әlindә cәmlәşdirmişdi. Hitler Almaniyasının hәrbi iyerarxiyasında da mötәbәr mövqe tuturdu: 1935 ildәn Almaniya HHQ-nin baş komandanı, 1938 ildәn gen.-feldmarşal, 1940 ildәn reyxsmarşal. 1939 ildә rәsmәn Hitlerin sәlәfi elan edilmişdir.
G.-in adı ilә nasist rejiminin qaranlıq sәhifәlәri bağlıdır: reyxstaqın yandırılması üzrә mәhkәmә işinin tәşkili, gestaponun yaradılması, ölüm düşәrgәlәrinin tәşkili, xolokostun hazırlanması vә s. 1930-cu illәrdә Almaniya–Polşa münasibәtlәrinin yaxşılaşdırılması ideyasını irәli sürmüş, İkinci dünya müharibәsi әrәfәsindә isә B.Britaniya ilә münaqişәni aradan qaldırmağa cәhd etmişdir.
Almaniya HHQ-nin İngiltәrә uğrunda vuruşmada (1940–41) vә Stalinqrad vuruşmasında (1943) uğursuzluqlarından sonra G.-in siyasi nüfuzu sarsıldı. 1945 ilin aprelindә D.Eyzenhauerlә danışıqlar aparmaq üçün Bavariyaya getdi. Onun fәaliyyәti Hitler tәrәfindәn xәyanәt kimi qiymәtlәndirildi, nәticәdә G. NSAFP-nin üzvlüyündәn çıxarıldı, bütün rütbәlәrdәn vә vәzifәlәrdәn uzaqlaşdırıldı. O, 1945 il mayın 7-dә amerikalılara tәslim olmuşdu. Nürnberq mәhkәmәsi (1.10.1946) haqqında ölüm hökmü çıxarsa da, G. intihar etmişdir.