GÉRMAN Aleksandr Petroviç (1.11.1874, Vyatka, indiki Kirov – 30.11.1953, Leninqrad) – mәdәn mexanikası sahәsindә rus alimi. SSRİ EA akad. (1939). 1897 ildә Sankt-Peterburq Un-tini, 1903 ildә Sankt-Peterburq Mәdәn İn-tunu bitirmişdir. 1907 ildәn orada dәrs demişdir (1914 ildәn prof., 1918–25 vә 1930–53 prorektor). Mәdәn mexanikasının nәzәri әsaslarını işlәyib hazırlamış, mәdәn qurğularına, metalların qızmar emalı maşınlarına dair әsәrlәr dәrc etdirmişdir. Buxar turbinlәrinin әn faydalı termodinamik iş şәraitini ilk dәfә analitik müәyyәn etmiş (1912), turbinli maşınların nәzәri basqısı üçün dәqiq tәnlik vermişdir vә s. G. mәdәndә qaldırma proseslәrini hәrtәrәfli analitik tәdqiq etmişdir. Ordenlәrlә tәltif olunmuşdur.
Ə s ә r l ә r i: Теория и расчет турбовоздуходувных машин. Л., 1928; Горная механика. Л.; М., 1934–1935. Ч.1–2.