GERMÁN DİLLƏRİ – hind-Avropa dillәrinin bir qolu. Qәrbi Avropanın bir sıra ölkәsindә (İsveç, Danimarka, Norveç, İslandiya, B.Britaniya, Almaniya, Avstriya, İsveçrә, Niderland, Belçika, Lüksemburq), Şimali Amerika (ABŞ, Kanada), CAR, Hindistan, Avstraliya vә Yeni Zelandiyada yayılmışdır. 3 qrupa bölünür: şimali vә ya Skandinaviya (İsveç dili, Danimarka dili, Norveç dili, island dili, farer dili; bax Skandinaviya dillәri), qәrbi (ingilis dili, alman dili, Niderland dili, Lüksemburq dili, afrikaans, friz dili) vә şәrqi (ölü qot dili, burqund, vandal, gepid vә gerul dillәri).
G.d.-nin tayfa dialektlәrindәn milli әdәbi dilә qәdәr inkişafı onların daşıyıcılarının çoxsaylı mühacirәti ilә bağlıdır (bax Germanlar). German dialektlәri qәdim zamanlardan 2 әsas qrupa bölünmüşdür: ada (Skandinaviya vә ya şimali) vә kontinental (cәnubi). 1-ci minilliyin әvvәlindә tayfaların bir hissәsinin Skandinaviyadan Baltik dәnizinin c. sahilinә köçmәsindәn sonra qәrbi german (әvvәllәr cәnubi) qrupuna qarşı duran şәrqi german qrupu dillәri (dialektlәri) yaranmışdır. Eramızın 2-ci әsrindәn qot dilinin daşıyıcıları (qotlar) c.-a doğru hәrәkәt edәrәk, Dunaya vә Şimali Qara dәniz sahilinә çatdılar, 4 әsrdәn isә yerli әhalisi ilә sıx әlaqә saxladıqları Roma imperiyasının әrazisinә daxil oldular (bax Xalqların böyük köçü). Qәrbi german arealı daxilindә eramızın 1-ci әsrindәn yerli dialektlәrin 3 qrupu olduğunu göstәrirlәr: inqveon, istveon vә erminon. 5–6 әsrlәrdә inqveon tayfalarının bir hissәsinin (anqlar, sakslar, yutlar) qitәdәn Britaniya a.-na köçmәsi ingilis dilinin gәlәcәk inkişafını әvvәlcәdәn müәyyәn etdi. Qitәdә qәrbi german dialektlәrinin qarşılıqlı tәsiri qәdim yuxarı alman vә qәdim aşağı alman dillәrinin formalaşması üçün zәmin yaratdı.
Skandinaviya dialektlәri 5 әsrә doğru ş. vә q. yarımqruplarına bölündü; birincinin әsasında sonralar İsveç vә latın dillәri, ikincinin әsasında isә Norveç, hәmçinin ada dillәri – island vә farer dillәri yarandı.
Yeni G.d.-dәn olan idiş sami vә slavyan dillәrinin ünsürlәri daxil olmaqla yuxarı alman dili әsasında 10–14 әsrlәrdә, afrikaans Niderland dilinin müxtәlif dialektlәri әsasında 17–18 әsrlәrdә formalaşmışdır. 1984 ildәn alman dilinin qәrbi mozel-frank dialekti әsasında inkişaf etmiş Lüksemburq dili Lüksemburqun dövlәt dili statusunu almışdır.
G.d.-ni digәr hind-Avropa dillәrindәn fәrqlәndirәn xüsusiyyәtlәr bunlardır: birinci hecada (kök hecada) dinamik vurğunun olması, vurğusuz hecaların reduksiyası, saitlәrin assimilyasiyalı şәkildәyişmәsi, ümumgerman samitlәrinin yerdәyişmәsi, vasitә kimi ablautdan geniş istifadә, sifәtin 2 halının (güclü vә zәif) mövcudluğu.
G.d.-nin әn qәdim dövrlәrdәn başlayaraq, inkişafında ayrılıqda hәr bir qrup üçün xarakterik olan oxşar xüsusiyyәtlәrlә yanaşı, fәrqliliklәr dә özünü göstәrirdi. Müasir G.d.-dә inkişafın ümumi әnәnәlәri, onların arasındakı oxşarlıq vә fәrqliliklәrdә dә tәzahür edir. Ümumgerman vokalizminin ilk sistemi çoxsaylı fonetik hadisәlәr (ingilis dilindә saitlәrin uzanması, island dilindә uzun vә qısa saitlәrin toplanma vә bölünmәsindә dәyişmәsi) nәticәsindә әhәmiyyәtli dәrәcәdә modifikasiyaya mәruz qalmışdır. G.d. üçün qısa vә uzun saitlәrin qarşılaşması xarakterikdir, belә ki bәzi fonemlәr bir-birindәn yalnız kәmiyyәtcә deyil, hәm dә keyfiyyәtcә fәrqlәnirlәr. Diftonqlar demәk olar ki, bütün G.d.-dә әks olunmuşdur, lakin onların sayı vә xüsusiyyәtlәri dillәrә görә fәrqlәnir. Konsonantizm üçün kar vә cingiltili samitlәrin müqayisәsi sәciyyәvidir (island, Danimarka, farer dillәri istisnadır).
G.d.-nın qrammatik quruluşuna analitizmә meyil xarakterikdir. Bu, adların hallanmasında özünü daha aydın göstәrir. Hal kateqoriyası әksәr dillәrdә ümumi vә yiyәlik halın qarşılaşması ilә verilir. Hal әlaqәsi, bununla belә, daha çox söz sırası vә cümlә quruluşu ilә ifadә olunur. Kәmiyyәt kateqoriyası ikiüzvlüdür (tәk, cәm), lakin formal olaraq, yalnız cәm halı işlәdilir. İsimlәrin üç cinsә görә tәsnifatı (kişi, qadın, orta) G.d.-nin azında saxlanılmışdır. Onlardan bәzilәrindә yalnız iki cins (ümumi, orta) var, ingilis vә afrikaans dillәrindә isә cins kateqoriyası yoxdur. G.d.-nә xas olan sifәtin iki halı (güclü vә zәif) alman vә Skandinaviya dillәrindә saxlanılmışdır, halbuki Niderland vә afrikaans dillәrindә o, sifәtin iki forması kimi әks olunmuşdur.
Tәsriflәnmә sistemi üçün preterit formasının yaranması vasitәsilә feillәrin tәsnifatı xarakterikdir: güclülәr ablaut vasitәsilә düzәlir, zәiflәr isә dental şәkilçidәn istifadә edir. G.d. zaman formalarının işlәdilmәsinә görә fәrqlәnir: ingilis dilindә onların sayı 16, Danimarka vә afrikaans dillәrindә isә 6-dır. Kömәkçi feillәrdәn vә qeyri-şәxsi formalardan (gәlәcәk, bitmiş) ibarәt analitik feil formaları geniş tәmsil olunmuşdur. İki üzvlü mәchul növ kateqoriyası (mәlum, mәchul) xüsusi formalarla vә ya II feili sifәtli quruluş ilә ifadә olunur. G.d.-dә növ kateqoriyası yoxdur, növ fәrqlәri zaman formaları vә ya tәsviri quruluşlarla göstәrilir. Sadә cümlә quruluşu üçün söz sırasının müәyyәn edilmәsinә meyil (xüsusilә feili xәbәrlәrin yeri) xarakterikdir. İnversiya sual, sәbәb vә budaq cümlәlәrdә özünü göstәrir.
G.d.-nin leksikasına ilk olaraq kelt, latın vә yunan dillәrindәn, sonrakı dövrlәrdә isә latın vә fransız dillәrindәn alınma sözlәr daxildir. İsland dili qәdim german dili leksikasının әsasını saxlamışdır, belә ki bu dildә demәk olar ki, alınma söz yoxdur. İngilis dili lüğәt tәrkibinin müxtәlifliyi ilә fәrqlәnir. Skandinaviya dillәrinә (island dilindәn başqa) aşağı alman dilinin böyük tәsiri olmuşdur (14–15 әsrlәr).
German yazısının әn qәdim abidәlәri runa yazısı vә qot әlifbası ilәdir. Latın yazısı İngiltәrәdә 7 әsrdәn, Almaniyada 8 әsrdәn, Skandinaviya ölkәlәrindә 11 әsrin sonlarından (İslandiya, Norveç) vә 13 әsrdә (İsveç, Danimarka) xristianlığın qәbul edilmәsi ilә yayılmışdır. Latın dilindә olmayan sәslәri ifadә etmәk üçün, bir sıra işarәlәr әlavә olunmaqla, anqlosakson minuskulları (sәtri hәrflәr) vә karolinq minuskullarından istifadә olunmuşdur.