GERMANATLAR – germanium turşularının (metagermanium H2GeO3, ortogermanium H4GeO4 vә s.) sәrbәst şәkildә ayrılmamış mMxOy∙nGeO2 tәrkibli duzları (M – bir vә ya bir neçә metal atomu). Meta- vә ortogermanatlar (mәs., natrium metagermanat Na2GeO3, kalium ortogermanat K4GeO4) daha çox öyrәnilmişdir. Qәlәvi metalların G.-ı suda hәll olur, qalan G. hәll olmur. G. germanium dioksidin GeO2 metalların oksidlәri vә ya karbonatları ilә “bişirilmәsindәn” alınır. Ümumi formulu M3M′2Ge3O12 (M – Ca, Mg, Zn vә s., M′ – Al, Ga, Sn, Nb, La vә s.) olan germanium qranatları praktiki әhәmiyyәt kәsb edir. Lazer materialları vә elektron qurğuların inteqral sxemlәrinin altlığı kimi istifadә olunur. Qurğuşun (Pb5Ge3O11) vә vismut (Bi12GeO20) G.-ı akustik vә optik elektron qurğularda material kimi tәtbiq olunur.