GERONTOFİLİYA (yun. γέρων, yiy. halda γέροντος – qoca + ... filiya), p r e s b i o f i l i y a – cinsi tәhrifin növü; qoca şәxslәrә cinsi şövq. Əsl seksual deviasiya kimi nadir hallarda tәsadüf edilir vә o, adәtәn fetişizm kimi qiymәtlәndirilir, bu zaman fetiş rolunu qoca bәdәn oynayır. G.-nın әmәlә gәlmәsindә psixi infantilizm, cinsi şövqün (libido) zәif olması ilә etibarlı vә tәcrübәli partnyor tapmaq istәyi rol oynaya bilәr. G.-nın formalaşması uşağın qoca şәxslәrlә zorlanması, pis yola çәkilmәsi dә mümkündür. Çox vaxt G. gәnc insanlarda hәmyaşıdı ilә uğursuz seksual әlaqәdәn sonra baş verir. Əgәr G. sadizm tәzahürlәri ilә (zәif vә kömәksiz qocalar sadistlәrin asanca qurbanı olur) birlәşirsә, belә hallarda, adәtәn, mәhkәmә-psixiatriya ekspertizası tәlәb olunur. Ümumiyyәtlә, G. zamanı, bir qayda olaraq, tibbi yardıma müraciәt etmirlәr.