Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERONTOPSİXOLOGİYA 

    GERONTOPSİXOLOGİYA – 20 әsrin ikinci yarısında inkişaf psixologiyasıgerontologiyanın qovşağında yaranmış, yaşlı insanlarda psixi inkişafın qanunauyğunluğunu, qocalıqda şәxsiyyәtin xüsusiyyәt vә davranışlarını öyrәnәn psixologiya bölmәsi. G.-nın mәqsәdi fәal vә sağlam insan ömrünün uzadılmasının yollarını araşdırmaqdır. G. qocalığı zәiflik vә xәstәliklә sinonimlәşdirmir, onu hәyat yolu perspektivindә insan qarşısına şәxsiyyәt inteqrasiyası vә hәyatı dәrketmә vәzifәsini qoyan mәrhәlә kimi nәzәrdәn keçirir. G. tәdqiqatları yaşlı insanların problemlәrini (pensiyaya çıxma vә sosial rolların dәyişmәsi ilә bağlı böhranlar, yaxın insanların ölümü, yardımın vә anlayışın itirilmәsi, yalqızlıq, xәstәlik vә ölüm qorxusu, xüsusilә sağlamlıqla әlaqәdar olaraq depressiyaya qarşı artan zәiflik vә s.) anlamağa yardım edir. Yaşlı insanların xoşbәxtliyi üçün isti münasibәtlәrin vacibliyi ilә әlaqәdar olaraq nәsillәr, xüsusilә bir ailәdә yaşayanlar arasında qarşılıqlı anlaşma vә varislik mәsәlәlәri xüsusi әhәmiyyәt kәsb edir. G.-nın mühüm tәcrübi problemi ölümә hazırlıq prosesindә psixoloji kömәkdir.

    G.-nın vәzifәlәrindәn biri yeni şәraitә çәtin adaptasiya vә qocalıqda çarәsiz vәziyyәtlәrlә, üzvi pozulmalar vә bәzi koqnitiv qabiliyyәtlәrin zәiflәmәsilә (mәs., çәtin yaddasaxlama) әlaqәdar yaranan streslәrin minimallaşdırılması yollarını müәyyәnlәşdirmәkdir. Yaşlı insanların mәziyyәtlәrini dә nәzәrә almaq lazımdır, mәs., yaşlı insanlarda intellektual mәsәlәlәrin sürәtli hәllinin zәiflәmәsi ilә yanaşı, tamamilә başqa bir intellektual inkişaf mәrhәlәsinә keçid dә baş verә bilәr (nisbi xarakter daşıyan, bilavasitә kontekstә әsaslanan postformal tәfәkkür vә s.). Sadәcә qocalıqdan doğan psixi dәyişikliklәri maliyyә uğursuzluğu, mәcburi tәklik kimi sosiomәdәni faktorlarla şәrtlәnәn dәyişikliklәrdәn fәrqlәndirmәk lazımdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN