Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERROZAVRLAR

    GERROZAVRLAR, A f r i k a  k ә r t ә n k ә l ә l ә r i (Gerrhosauridae) – kәrtәnkәlәlәr dәstәsindәn sürünәnlәr fәsilәsi. Bәdәni yaraşıqlıdır (uz. 60 sm-әdәk). Yanlarında xırda pulcuqlarla örtülmüş dәri büküşlәri vardır. Əksәriyyәtinin әtrafları yaxşı inkişaf edibdir, beşbarmaqlıdır. Cәnubi Afrikada (Anqolosaurus, Cordylosaurus, Gerrohosaurus vә Tetradactylus) vә Madaqaskar a.-nda (Tracheloptychus vә Zonosaurus) yayılmışlar. Gündüzlәr fәal olurlar. Əsasәn yerdә gәzir (yerüstü hәyat tәrzi), ağacda yaşayan vә yarımsu hәyatı yaşayan növlәr dә var. Yırtıcıdırlar, bәzilәrinin qida rasionuna bitkilәr dә daxildir. Yumurtaqoyandırlar; 1–6 yumurta qoyurlar. Tәqr. 30-adәk növü var. Eyniadlı Gerrhosaurus cinsinin (7 növ) nümayәndәlәri daşlı vә qumlu sәhralarda, yarımsәhralarda vә savannalarda mәskunlaşmışlar. Bәdәni sümük lövhәlәrdәn ibarәt zireh altlıqlı iri qәrni pulcuqlarla örtülmüşdür. Dәrin yuvalar qazır, qaya yarıqlarını sığınacaq kimi istifadә edir. Otlu vә kollu cәngәlliklәrdә yaşayan sarıboğaz G. (G. flavigularis) daha çox yayılmışdır. Çoxalma dövründә kәrtәnkәlәlәrin başının yanları vә alt tәrәfi intensiv sarı, yaxud narıncıırmızı rәng (adı buradandır) alır. Qumlu biotopların tipik sakini olan Anqolasaurus cinsinin yeganә növünün barmaqlarında yumşaq qum üzәrindә hәrәkәtini yüngüllәşdirәn irilәşmiş pulcuqlardan ibarәt saçaq vardır. Fetradactylus cinsinә mәnsub 5 növün nümayәndәlәri ot basmış dağ yamaclarında vә meşә kәnarlarında yaşayırlar. Uzunsov bәdәnin vә müxtәlif dәrәcәdә reduksiyaya uğramış әtrafların olması ilә sәciyyәlәnir. Tracheloptychus cinsinin (2 növ) nümayәndәlәri qumlu çay dayazcıqlarında yaşayır vә su ilә bağlı hәyat tәrzi keçirir. Digәr G.-dan tilli pulcuqların olması vә yan büküşlәrin yoxluğu ilә fәrqlәnir. Başlarında iri hәrәkәtli pulcuqlar, ehtimal ki, qulaq dәliklәrini örtәn qapaq (klapan) rolunu oynayır. Zonosaurus cinsinin nümayәndәlәri arasında (12–16 növ) insanların mәskәn saldığı yerlәrin vә kakao plantasiyalarının yaxınlığında uzunquyruq zonozavr (Z. laticaudatus) daha çoxdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN