Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERŞENZON 

    GERŞENZON Sergey Mixayloviç (11.2.1906, Moskva – 7.4.1998, Kiyev) – Ukrayna genetiki, mikrobioloqu. Ukr.EA-nın akad. (1976). Sosialist Əmәyi Qәhrәmanı (1990). Ukr. Dövlәt mükafatlar laureatı (1981; 1998). Moskva Un-tini (indiki MDU) bitirmişdir (1927). 1931–35 illәrdә K.A. Timiryazev ad. Biologiya İn-tunda, 1935–37 illәrdә SSRİ EA Genetika İn-tunda işlәmişdir. 1937–41 vә 1944–48 illәrdә G. Kiyev Un-tinin genetika vә darvinizm kafedrasına rәhbәrlik etmişdir. Lakin 1948 ildә G. miçurinçilәrә vә Miçurin tәliminә qarşı fәal mübarizә apardığına görә işdәn azad edilmişdir. 1968–1973 illәrdә Ukr.EA-nın Molekulyar Biologiya vә Genetika İn-tunda molekulyar biologiya vә genetika sektoruna, sonra bu sektorun әsasında yaradılmış şöbәyә rәhbәrlik etmişdir. 1986 ildәn Ukr. EA-nın Bitki fiziologiyası vә Genetika İn-tunun әmәkdaşı olmuşdur. Kimyәvi mutagenezlә yanaşı G. “sıçrayan genlәr” fenomenini vә әks transkripsiyanı aşkara çıxarmışdır. Əsas tәdqiqatları molekulyar vә populyasiya genetikası sahәsindәdir. Tәbii populyasiyalarda irsi dәyişkәnlik mexanizmlәrini tәdqiq etmişdir. G. 1979 vә 1983 illәrdә nәşr olunmuş vә Ukr.-nın Dövlәt mükafatına layiq görülmüş “Ocновы современной генетики” monoqrafiyasının müәllifi, “Цитология и генетика” jurnalının redaktoru olmuşdur. 300-dәn artıq elmi vә elmi-kütlәvi mәqalәnin, o cümlәdәn 2 monoqrafiyanın, hәmçinin avtobioqrafik kitabın müәllifidir. Kadr hazırlığında xidmәti var. Qırmızı Əmәk Bayrağı ordeni, digәr orden vә medallarla tәltif olunmuşdur. 2003 ildә Ukr.Milli EA genetika, molekulyar biologiya vә biofizika sahәsindә әn yaxşı elmi nailiyyәtlәrә görә G. adına mükafat tәsis etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN