Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GERTSEN Aleksandr İvanoviç

    GERTSEN Aleksandr İvanoviç (tәxәllüsü İsgәndәr) (6.4.1812, Moskva – 21.1.1870 Paris) – rus publisisti, yazıçı, filosof, pedaqoq. G.-nin әdәbi irsi rus ictimai fikri tarixindә mühüm yer tutur. V.Q.Belinski ilә tanışlığı onun dünyagörüşünün vә realist yaradıcılıq metodunun formalaşmasında mühüm rol oynamışdır. G. bәdii yaradıcılığa 1833 ildә başlamış, mübariz-romantik ruhlu ilk hekayә vә povestlәrindә (“İlk görüş”, “Yelena”, “Kütlә”, “Vilyam Pen”, “Əfsanә” vә s.) hüquqları pozulan, şәxsiyyәtlәri tәhqir olunan insanların müdafiәsinә qalxmış, qeyri-normal sosial münasibәtlәri pislәmişdir. Sürgün illәrindә (1834–39) yazdığı vә dünya әdәbiyyatında xüsusi yer tutan “Bir gәncin qeydlәri” avtobioqrafik әsәri G.-nin bәdii yaradıcılığının inkişafında yeni mәrhәlәnin başlanğıcı olmuş, onun mücәrrәd-romantik ovqatdan vә üslubdan uzaqlaşdığını göstәrmişdir. Bu әsәrdә әyalәt, mülkәdar, mәmur hәyatı vә әxlaqının tәnqidi әsas yer tutur. G. Londonda siyasi mühacir hәyatı yaşadığı zaman әn böyük bәdii әsәri olan avtobioqrafik xarakterli “Olmuşlar vә düşüncәlәr”i (1852–68; tam nәşri 1919–20) yazmışdır. Əsәr 19 әsr rus vә Qәrbi Avropa hәyatının bir çox mühüm siyasi-ictimai mәsәlәlәrini әks etdirir. Əsәr dәfәlәrlә alman, fransız vә s. dillәrdә nәşr olunmuş, müәllifinә böyük şöhrәt qazandırmışdır. G. “Kimdir müqәssir?”(1846–47) romanında 19 әsrin 40-cı illәrindә mühafizәkar dvoryan, liberal zadәgan vә raznoçin ziyalılar nәslinin hәyatını, әxlaq, mәişәt vә dünyagörüşünü әks etdirmişdir. Yazıçı romanda insan xarakterinin formalaşmasında sosial mühitin rolunu uğurla әks etdirmişdir. “Doktor Krupov” (1847) povestindә cәmiyyәtin varlı vә kasıb zümrәlәrә bölünmәsinin, insan tәbiәtinә zidd olan, mәnasız, zorakı qanunları mühafizә edәn adәt-әnәnәlәrin, despotizmin cәmiyyәtdә ruhi xәstәliklәr doğurduğunu ustalıqla qәlәmә almışdır. G. tәhkimçiliyin yeniliyә, tәrәqqiyә münasibәtini, hüquqdan mәhrum olan rus qadınlarının ictimai hәyatdakı mövqeyini, sosial-psixoloji durumunu “Oğru sağsağan” (1848) povestindә әks etdirәrәk, dolğun müsbәt qadın obrazları yaratmışdır.

    Ə s ә r l ә r i: Собр. соч.: в 30 т. М., 1954–66; Kimdir müqәssir? B., 1962; Oğru sağsağan. B., 1962.

    Əd.: Х е с т а н о в Р.А. Герцен: импровизация против доктрины. М., 2001; Э й д е л ь м а н Н.Я. Свободное слово Герцена. М., 2003; С а в и н к о в С.В. Творчество А.И. Герцена: философия и поэтика (1830–1840-е г.) Воронeж, 2005.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN