Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “GESER”

    “GESER” – Mәrkәzi Asiya, Cәnubi Sibir (tibetlilәr, monqollar, buryatlar vә b.) xalqlarının epik dastanı. Müxtәlif formalarda mövcuddur: şifahi vә yazılı (әlyazması, ksiloqrafik), poetik, nәsrlә vә qarışıq, tәcridolunmuş mahnı vә genişlәndirilmiş külliyyat kimi. “G.”-in folklor-mifoloji mәnbәyi әnәnәvi Tibet mәdәniyyәti (buddizmәqәdәr vә buddizm) ilә bağlıdır. Tam formalaşması, ehtimal ki, 14–15 әsrlәrdә Tibetin şm. ş.-indә başa çatmışdır. 16–18 әsrlәrdә monqol versiyası (yazılı vә şifahi) formalaşmışdır, sonra Anqar çayı boyunca yayılmış vә burada buryat folklor versiyası yaranmışdır. “G”-in qәdim süjetinin әsasını yer üzünü nәhәng divlәrdәn xilas edәn qәhrәmana göylәrin göndәrdiyi tövsiyәlәr tәşkil edir. Yazılı variantlarda Geser Lin dövlәtinin hökmdarı, kainatın sahibi kimi verilir, onun düşmәnlәrinin adı isә tarixi hәqiqәtlәrә uyğun gәlir; folklorda, xüsusi ilә buryat әnәnәlәrindә Geser arxaiklәşmiş vә mifoloji sәciyyә daşıyır. Ona, şimali buddizmәdәki allahlarla yanaşı, universal ilahi xilaskar kimi sәcdә edirlәr; onun tәsvirlәri olan Tibet ikonaları mövcuddur. “G”.-in deklamasiyası mәrasim – ovsun xarakteri daşıyır; tibbi mәqsәdlә, bәd ruhları qovmaq vә s. üçün istifadә edilir. Digәr uligerlәr kimi “G.”-in Qәrbi Buryatiya versiyaları müğәnni-dastançılar (uligerçilәr) tәrәfindәn ifa olunur. Şәrqi buryatlarda reçitativ mәnsur vә mәnzum parçalar qәhrәmanın vokal monoloqları ilә növbәlәşir. İfa simli alәtin (buryatlarda yaylı xuur) müşayiәti ilә dә ola bilәr.

    Əd.: Н е л ю д о в С.Ю. Героический эпос монгольских народов. Устные и литературные традиции. М.,1984.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN