GESERLƏR, g e s s e r l ә r, s e r a m l a r – Şәrqi İndoneziyada (Seram a., Seram-Laut vә Qoronq a-rının ş.-indә) Ambon-Timor xalqlarından biri. Ümumi adları yoxdur. Sayları 90 min nәfәrdir. Avstroneziya ailәsinin geser dilindә, İndoneziya dili vә Malayya dilinin Ambon dialektindә danışırlar. Dindarları müsәlmandır. Yerli әhalidәn, Malayya arxipelaqının müxtәlif vilayәtlәrindәn gәlmiş tacirlәrdәn vә qul papuaslardan törәmiş G. әsasәn ticarәtlә mәşğuldurlar. G.-in formalaşmasında hәmçinin köhnәbandalılar (bandalılar) vә balililәr iştirak etmişlәr. G. vatubellәrә yaxındırlar. 17–19 әsrlәrdә Kvaus, Kilmuri, Kefinq, Kataloka, Amar vә s. qeser knyazlıqları Şәrqi İndoneziyanı Yeni Qvineyanın cәnub-qәrbi ilә birlәşdirәn ticarәt yollarını nәzarәtlәrindә saxlayırdılar. Ənәnәvi mәşğuliyyәtlәri saqo hasilatı, trepanq ovu, ticarәt, dәnizçilik, sәnәtkarlıqdır (gәmiqayırma, toxuculuq, dәmirçilik, rәngli samandan hörmә). G. әsilzadә, icmaçı vә qullar silklәrinә bölünmәnin izlәri saxlamışlar, feodal nәslindәn olanlar isә racә, kapitan, mayor titullarını daşıyırlar.Yaşayış mәskәnlәri sahilyanı әrazilәrdә sıx şәkildә yerlәşir. Hәr bir yaşayış mәskәninin mәrkәzindә mәscid tikilmişdir. Ənәnәvi evlәri hündür dirәklәr üzәrindә, ağac platformalı, bir ailәlik, aynabәndlidir, tropik tipli yerüstü evlәrlә әvәz olunmaqdadır. Geyimlәri ümummalayya tiplidir. Əsas yemәklәri bişirilmiş saqo nişastası, saqodan duzsuz çörәk, kokos şirәsindә balıqdır; bayramlarda gәtirilmә düyü vә әt yeyilir.
Geserlәr. Ənәnәvi yaşayış mәskәni. Seram adası.