GESNER Konrad (26.3.1516, Sürix – 13.12.1565, orada) – İsveçrә tәbiәtşünası, filoloqu vә biblioqrafı. Qәdim dövrlәrdәn 16 әsrin ortalarınadәk latın, yunan vә qәdim yәhudi dilindә yazan yazıçılar haqqında mәlumat verәn ilk universal biblioqrafik әsәrin – “Ümumi kitabxana” (1545–55) külliyyatının müәllifidir. Kitaba müәlliflәrin qısa tәrcümeyi-halı, mәzmunu ilә birlikdә әsәrlәrinin adları, әsәrlәr haqqında alimlәrin rәylәri, hәmçinin “İyirmi bir Pandekt kitabı”nın (Pandectarum sive partitionum universalium libri XXI) sistemli soraqçası daxil edilmişdir. Soraqçaya salınmış hәr bir kitab adlar vә mövzu siyahısı üzrә verilmiş, 16 әsrin әn mәşhur çapçıları, onların xidmәtlәri vә әsas nәşrlәrinin kataloqları haqqında mәlumatlarla müşayiәt olunmuşdur. 1555 ildә kitaba “Əlavә”, 1574 vә 1583 illәrdә isә İ.Zimler vә İ.Frizi tәrәfindәn “Ümumi kitabxana”nın tәkmillәşdirilmiş nәşrlәri buraxılmışdır.