Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEŞTALTTERAPÍYA 

    GEŞTALTTERAPÍYA – psixoterapiyanın bir istiqamәti; 20 әsrin ortalarında F.Perlz tәrәfindәn geştaltpsixologiya, ekzistensializm vә psixoanaliz ideyalarının tәsirilә yaranmışdır. Pasiyentin problemlәrinin sәbәblәrini keçmişindә axtaran, psixoterapiya üçün әnәnәvi kauzal yanaşmanın әksinә olaraq, G.-da fenomenoloji yanaşma bilavasitә onun emosional duyğularının “burada, indi” aktual vәziyyәtinә әsaslanır. Geştaltpsixologiyanın qavrama sahәsindә müәyyәn etdiyi geştaltların әmәlәgәlmә prinsiplәrini, Perlz sәbәblәr, davranış vә şәxsiyyәtlәrarası münasibәtlәr sahәsinә aid etmişdir, mәs., tәlәbatın tәmin edilmәsinә geştaltların tamamlanması kimi baxırdı.

    Perlzә görә, nevrotik, onun üçün әhәmiyyәtli olan insanlar tәrәfindәn yaradılmış ona zorla qәbul edilmiş dәyәrlәrin reallaşdırılmasına vә identikliyin saxlanmasına cәhd edәrәk, daima özünün әsl tәlәbatının tәmin edilmәsindәn imtina edir vә bu da psixi özünürequlyasiya prosesinin pozulmasına vә daxili ixtilafa sәbәb olur. Bu pozulmanın, onun müxtәlif sәviyyәlәrinin inteqrasiyasına, qiymәtlәndirmә göstәrişinә anlayışlarının vә düşünülmәmiş cәhdlәrinә mane olan şәxsiyyәtin qoruyucu mexanizmlәri adlanan 5 mexanizmi ayırd edilir: introyeksiya (insan digәr şәxslәrin, mәs., valideynlәrin, onun şәxsi tәcrübәsi ilә ziddiyyәtdә olan duyğularını, baxışlarını, әqidәlәrini mәnimsәyir), proyeksiya (fәrdin öz eyniliyi haqqında tәsәvvürlәrә uyğun olmayan şәxsi keyfiyyәtlәrinin başqalarına şamil edilmәsi), retrofleksiya (xarici münaqişә şәxsiyyәtdaxilinә çevrildikdә sәbәb enerjisinin, mәs., tәcavüzün daxilә istiqamәtlәndirilmәsi), defleksiya (konkret vәziyyәtdә ayini hәrәkәtlәr, boş danışıqlar vә s. formasında yaranan problemlәrdәn yayınma), konfluensiya (başqası ilә birlәşmә, qrupla eynilәşmә). Psixoterapevt pasiyentin seçim vә qәrar qәbul etmәk qabiliyyәtinin inkişafına xüsusi diqqәt ayıraraq onda şәxsi özünütәnzim prosesinә aktual müqavimәt, “gerçәklikdәn yayınmasını” onun şüuruna çatdırır.

    G.-nın әsas mәqsәdi şәxsiyyәtin fraqmentlәşdirilmiş hissәlәrinin inteqrasiyasından hissәlәri ibarәtdir, mәs., “Hücum edәnin” (ing. top-dog, insana nә vә necә etmәlidir diktә edәn valideyn nәsihәtlәrinin vә ümidlәrinin introyeksiyası) vә “özünü  müdafiә edәnin” (ing. under-dog, “hücum edәndәn” müxtәlif hiylәgәrliklә dәf olunan şәxsiyyәtin infantil, asılı, özünә inamsız hissәlәr. Şәxsiyyәtin fraqmentlәşdirilmәsi çox vaxt onun verbal vә qeyri-verbal tәzahürlәri arasındakı uyğunsuzluğu ilә müәyyәn edilir.

    G. prosesindә insan başqalarının gözlәdiklәrinә, sosial oyun vә rolların süniliyinә uyğun keçәn öz hәyatından mәmnuniyyәtsizlikdәn başlayaraq әvvәlki hәyat tәrzi ilә daxili böhran vә konfrontasiyanı keçәrәk hәqiqi fәrdiyyәtә doğru bir sıra mәrhәlәlәrdәn keçir.

    G.-da qrup iş formaları – “oyunlar” üstünlük tәşkil edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN