GETARA, Q a y t a r a – Albaniyada (Qafqaz) qәdim şәhәr. Yunan coğrafiyaşünası Ptolemeyin (2 әsr) “Coğrafi tәlimnamә” әsәrindә Kür çayından şm.-da olduğu göstәrilir. Əsәrinin digәr yerindә Ptolemey onu Qanqara adlandırır. Hәmin şәhәr әsәrin bizә gәlib çatmış nüsxәlәrinin birindә Qarqara kimi qeyd olunur. Yeri müәyyәnlәşdirilmәmişdir.