Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GÉTTER 

    GÉTTER (ing. getter – qazuducu), q a z u d u c u – qazları (tәsirsiz qazlar istisna olmaqla) udma qabiliyyәti yüksәk olan maddә. Vakuum cihazları vә sistemlәrindә vakuumun yaradılması, saxlanılması vә yüksәldilmәsi, tәsirsiz qazların kәnar qarışıqlardan tәmizlәnmәsi, metal sәthlәrin qorunması üçün, hәmçinin vakuum sorbsiya nasoslarında işçi maddә kimi istifadә edilir. Qazuduculuq xassәsi maddәnin qazları vә buxarları hәlletmә (absorbsiya), onları sәthdә saxlama (adsorbsiya), yaxud qazlarla yeni kimyәvi birlәşmәlәr әmәlәgәtirmә (hemosorbsiya) qabiliyyәtlәri ilә tәyin edilir. G.-in kömәyilә vakuum sistemlәrindә qalıq qazın tәzyiqi 10–3–10–6 Pa sәviyyәsindә saxlanılır vә ya mühitin tәmizliyi 99,999%-әdәk olur. İşçi vәziyyәtә gәtirmәk üçün G. vakuumda 800–1100°C-yәdәk qızdırılaraq aktivlәşdirilir. Buxarlanan (parçalanan, tozlanan) vә buxarlanmayan (parçalanmayan) G.-lәr var. P a r ç a l a n a n G.-lәr (adәtәn, xüsusi altlığa çәkilmiş hәb, toz vә ya mәcun şәklindә) istifadә edilәrkәn uçucu maddәlәr cihazın soyuq divarlarında qazlarla qarşılıqlı tәsirdә olan xırdadәnәli nazik tәbәqә әmәlә gәtirir. Belә G.-lәrә tantal altlıqda berilliat-barium, alümobarium әrintilәri (alba) vә onun Ti vә Ni tozları ilә qarışıqları (uyğun olaraq bati vә albani), qırmızı fosfor, Mg, dәmir borucuqda metal Ba vә s. aiddir. P a r ç a l a n m a y a n G.-lәr demәk olar ki, uçucu deyil; onların qızması ilә qoruyucu örtüklәr dağılmır vә metal qazsızlaşmır, bununla da qarşılıqlı tәsirin lazımi intensivliyi tәmin edilir. Parçalanmayan G., adәtәn, toz örtüklәr, lentlәr, millәr, süngәrvarı metallardan mәmulatlar şәklindә işlәdilir; hazırlanması üçün Ce, La vә Al әrintilәrinin Th tozu ilә qarışıqları, mәsamәli Ti, Al ilә Zi әrintisi, sirkonium hidridi, Ta vә s. istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN