Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GETTO 

    GETTO (ital. ghetto, getto) – ilkin mәnada şәhәrin yәhudilәrin yaşayışı üçün ayrılmış hissәsi. “G.” termini 16 әsrdә, ehtimal ki, Venesiyada top emalatxanasının (ital. ghetta) yaxılığında yәhudi mәhәllәsinin yaradılmasından (1516) sonra meydana gәlmişdi. Avropa şәhәrlәrindә tәbii şәkildә yaranan yәhudi mәhәllәlәri 11–12 әsrlәrdәn mәlumdur (Almaniyada – Judengasse, Judenviertel, İngiltәrәdә – Jewry, Fransada – Juiverie, İspaniyada – Juderia vә s.). Onların salınması imtiyaz xarakteri daşıyırdı. 14–15 әsrlәrdәn yәhudilәrin G.-da mәskunlaşması mәcburi olmuşdu, xristianların vә yәhudilәrin birgә yaşaması qadağan edilmişdi. G.-lar özünüidarәyә malik idi, onların daxili hәyatı yәhudi icmasının yuxarı tәbәqәsi vә ravvinlәr tәrәfindәn tәnzimlәnirdi. G. divarlarla әhatәlәnir, gecәlәr vә xristian bayramlarında qapanırdı. G.-nu genişlәndirmәyә icazә verilmirdi, buna görә dә onlar, әhalisi hәddәn çox olan gecәqondulara çevrilirdi. G. orta әsr institutu kimi Qәrbi Avropada 19 әsrin birinci yarısında, dini vә milli әlamәtlәrә görә ayrı-seçkiliyi qadağan edәn burjua mülki hüquq sisteminin formalaşdığı dövrdә lәğv edilmişdi. Romada yerlәşәn axırıncı әnәnәvi G. 1870 ildә, Romanın İtaliya krallığının tәrkibinә daxil olmasından sonra lәğv edilmişdi. Rusiya imperiyasında G.-lar olmasa da, keçmiş Reç Pospolitanın әrazisindә 18 әsrin sonundan 1917 ilәdәk mәskunlaşma hәddi mövcud olmuşdu, bu hәddin әtrafında yәhudilәrin daimi yaşayışına qadağa qoyulmuşdu; İkinci dünya müharibәsi dövründә nasist Almaniyası işğal etdiyi әrazilәrdә yәhudilәrin tәcridi vә soyqırımı (bax Xolokost) mәqsәdilә G. (әslindә, hәbs düşәrgәlәri) şәbәkәsini yaratmışdı.

    G. geniş mәnasında – şәhәrdaxili etnik, irqi, yaxud dini әlamәtlәrә görә yaradılmış qapalı cәmiyyәtlәrdi. G.-lar bir qayda olaraq әlverişsiz, sosial uğursuzluq, aşağı hәyat sәviyyәsi, hәddәn artıq cinayәtkarlıla sәciyyәlәnәn qecәqondu rayonlarında salınırdı. G. azlıqların tәşkil etdiyi әrazi mövcudiyyәt formalarından biri hesab edilir vә bu azlıqların әtrafdakı cәmiyyәt tәrәfindәn sürәtli assimilyasiyasına mane olur. Azlıqların öz mәdәni eyniliyini saxlamaq üçün yaratdıqları “könüllü” G.-lar qanun çәrçivәsindә yaradılan “mәcburi” G.-dan fәrqlәnir. G.-nun әrazi-mәdәni cәmiyyәt forması kimi klassik konsepsiyası L.Virt tәrәfindәn işlәnilib hazırlanmışdır. 1960-cı illәrin sonlarından “G.” termininin ekvivalenti kimi “daxili koloniya” terminindәn istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN