GEYBL (Gable) Klark (1.2.1901, ABŞ Ohayo şt., Kadis – 16.11.1960, Los-Anceles) – Amerika aktyoru. Yaradıcılığa teatr aktyoru kimi başlamış, 1924 ildә böyük ekranda sәssiz filmdә debütü olmuşdur. Kinoda baş rollara ilk dәfә 1930-cu illәrdә dәvәt almışdır (“Sonuncu mil”, 1930; “Əllә çәkilmiş sәhra”, 1931). 30-cu illәrin sonlarında G.-ın qәhrәmanları psixoloji cәhәtdәn daha mürәkkәb vә fәrqli xarakter almışdır. 1935 ildә “Bu, bir dәfә gecә baş vermişdi” filmindә oynadığı әn yaxşı kişi roluna görә “Oskar” mükafatına layiq görülmüşdür. Sonralar “Baunti”dә qiyam (1935) vә “Külәklә sovrulanlar” (1939) filmlәrindәki rollarına görә “Oskar” mükafatı almışdır. Fәaliyyәtinә bir qәdәr ara verdikdәn sonra, 1946 ildә yenidәn ekranlarda görünmәyә başlamış vә daha çox macәra filmlәrindә çәkilmişdir. 1959 ildә “Müәllimәnin istәklisi”, 1960 ildә “Amma mәnim üçün yox” filmlәrindә әn yaxşı kişi rollarına görә “Qızıl qlobus” mükafatına layiq görülmüşdür. Çәkildiyi digәr filmlәr: “Sәs-küylü şәhәr” (1940), “Macәra” (1945), “Reklamçılar” (1947), “Şәhәrin açarı” (1950), “Tәnha ay” (1952), “Tәrs uşaqlar” (1955), “Kral vә dörd kraliça” (1956), “Bu, Neapolda başlanmışdı” (1960), “Narahat adamlar” (1960).
K.Geybl “Külәklә sovrulanıar” filmindә.