Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GÉYER 

    GÉYER (Geijér) Erik Qustav (12.1.1783, Ranseter – 23.4.1847, Stokholm) – İsveç şairi, tarixçi, bәstәkar. 1799–1806 illәrdә Upsal un-tindә tәhsil almış, 1810 ildәn orada tarix fәnnindәn mühazirәlәr oxumuşdur (1817 ildәn prof.). 1804 ildә İsveç şairi E.Teqnerlә tanış olmuş vә bu tanışlıq dostluğa çevrilmişdir. G. 1811 ildә sonralar ölkәnin әn nüfuzlu әdәbi birliklәrindәn birinә çevrilәn “Qot cәmiyyәti”nin tәşkilatçılarından idi. Musiqi tәhsili almasa da, o, bәstәkar vә xalq musiqi yaradıcılığının toplayıcısı kimi tanınmış, A.Aftseliusla birgә 1816 ildә İsveç xalq mahnıları toplusunu nәşr etdirmişdir. 19 әsrdә G.-in öz şeirlәrinә bәstәlәdiyi vokal әsәrlәr populyarlıq qazanmışdı. İnstrumental (fp. vә violin) әsәrlәri dә var. Musiqi yaradıcılığına klassik (V.Motsart, L.Bethovenvә müasir sәnәtkarların (K.Veber, F.Mendelson, R.Şuman) tәsiri olmuşdur. Kamera әsәrlәri: Fortepiano üçün kvintet f = moll (1823), Fortepiano üçün trio AS-dur (1827) vә s. G. İsveçdә realist nәsrin ilk nümunәsi olan “Xatirәlәr” (1834) kitabının müәllifidir. “İsveç xalqının tarixi” (1836) fәlsәfi vә tarixi әsәrindә konservatizm ideoloqu kimi çıxış etmiş, 1838 ildәn liberal mövqeyә keçmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN