Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEYGER (Geiger) Hans Vilhelm

    GEYGER (Geiger) Hans Vilhelm (30.9. 1882, Noyştadt-an-der Vaynştrase - 24.9.1945, Potsdam) - alman fiziki, Ber­lin ЕА üzvü (1937). Erlangen, Münxen və Mançester un-tlərində təhsil almışdır. E.Rezerfordun şagirdi olub. Mançester Un-tində işləmişdir (1906-1912). Berlində Fizika- Texnika İn-tunun laboratoriya müdiri vəzifəsində çalışmışdır. Kildə (1925 ildən), Tübingendə (1929 ildən) və Berlində (1936 ildən) un-tlərin prof.-u olmuşdur. 1908 ildə elektronun yükünü ölçmüş və Rezerfordla birlikdə ayrı-ayrı yüklü zərrəcikləri qeyd edən cihaz (bax Geyger sayğacı) ixtira etmişdir. 1909-10-cu illərdə G. (ingilis alimi E.Marsdenlə birlikdə) Rezerfordun rəhbərliyi ilə metal folqada alfa-zərrəciklərin səpilməsini tədqiq etmiş və onların bir hissəsinin 90° bucaqdan artıq meyilini təyin etmişdir. Bu fakt Rezerfordun atom nüvəsini kəşf etməsində mühüm rol oynamışdır. İngilis fiziki C.M.Nettolla birlikdə alfa-parçalanmanın alfa-zərrəciklərin enerjisindən ehtimal asılılığını müəyyən etmişdir (Geyger-Nettoll qanunu). Kompton effektində enerji və impulsun saxlanması qanununu təcrübi təsdiq etmişdir (V.Bоte ilə birlikdə).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN