GÉYGER SAYĞACI, G e y g e r – M ü l l e r s a y ğ a c ı – müxtәlif növ ionlaşdırıcı şüaları (α- vә β-zәrrәciklәr, γ-kvantlar vә s.) müşahidә vә tәdqiq etmәk üçün cihaz. Mәs., γ-kvantlar onların yaratdığı ikinci növ elektronlara (fotoelektron, Kompton elektronu), neytronlar isә sayğacın qazında yaranan nüvә reaksiyasının mәhsuluna görә qeydә alınır. 1908 ildә H.V.Geyger vә E.Rezerford tәrәfindәn ixtira edilmiş, sonra Geyger vә V.Müller tәrәfindәn (1928) tәkmillәşdirilmişdir. G.s., metal tәbәqә ilә örtülmüş borudan (katod) vә borunun oxu boyunca çәkilmiş nazik metal mәftildәn (anod) ibarәtdir. Boru alçaqtәzyiqli (100– 260 qPa) qazla doldurulur. Sayğacın mәftilinә müsbәt, boruya isә mәnfi gәrginlik verilir. Sayğaca düşәn sürәtli zәrrәcik qazdan keçәrkәn onda sәrbәst elektron vә müsbәt ion cütü yaradır. Böyük sürәt alan elektron artan gәrginlikli sahәyә düşdükdә öz yolundakı qazın digәr atomları ilә toqquşaraq onları ionlaşdırır. Nәticәdә elektron-ion seli meydana çıxır, yәni elektrik cәrәyanı yaranır vә sayğacdan cәrәyan keçmәyә başlayır. Bu zaman R müqavimәtindә yaranan gәrginlik impulsu qeydedici qurğuya verilir. Sayğacın yeni zәrrәciyi qeydә alması üçün sel boşalmasının söndürülmәsi avtomatik baş verir. G.s.-nın minimal qeydә alma vaxtı 10–4 san-dir. G.s.-ndan biokimyada, tibdә, arxeologiyada vә geologiyada istifadә edilir. Müasir nüvә-fizika eksperimentindә demәk olar ki, istifadә edilmir; onları daha tәkmil detektorlar әvәz ediр. Konstruksiyasının sa- dәliyinә vә ucuzluğuna görә G.s.-nın dozimetriyada tәtbiqi saxlanılmışdır.