Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEYLİNKS 

    GEYLİNKS (Geulincx) Arnold (31.1.1624, Antverpen – noyabr, 1669, Leyden) – holland filosofu, okkazionalizmin әsas nümayәndәlәrindәn biri. Luven un-tindә tәhsil almış, orada prof. (1646–58) olmuşdur. 1658 ildәn Niderlandda yaşamış vә 1665 ildәn Leyden un-tindә prof. vәzifәsindә çalışmışdır.

    “İndiyәdәk sarsılmış әsaslar üzәrindә bәrpa edilmiş mәntiq” (“Logica fundamentis suis, a quibus hactenus collaps fuerat, restituta”, 1662) әsәrindә vә “Hәqiqi metafizika” (“Metaphysica vera”, 1691) mühazirәlәrindә G. okkazionalizmin ilkin çıxış müddәasını әldә etmişdi: “Əgәr nәyisә edәcәyini (aydın vә dәqiq) bilmirsәnsә, sәn sәbәb (hәmin hәrәkәtin sәbәbi) deyilsәn” (“Quod nescis quomodo fiat, id non facis”). Mәsәlәn, insan bәdәn hәrәkәtlәrinin necә әmәlә gәldiyini vә onların psixi vәziyyәtlә necә әlaqәli olduğunu tam şәkildә tәsәvvür etmәdiyindәn, onların dәrin sәbәbi deyil, yalnız Allahdan ibarәt olan hәqiqi sәbәbin üzә çıxması üçün bәhanәdir (causa occasionalis – tәsadüfi sәbәbdir). G. bәdәnin vә canın ehtimali qarşılıqlı fәaliyyәtini eyni zamanı göstәrәn iki saatın әqrәblәrinә bәnzәdirdi; onlar bir-birinә tәsir etdiklәrinә görә deyil, saatsazın onları eyni vaxta qoyduğuna görә eyni vaxtı göstәrirlәr (sonralar Q.V.Leybnits bu nümunәni G.-ә istinad etmәdәn әzәldәn qurulmuş harmoniyanı әyani göstәrmәk üçün istifadә etmişdi).

    G.-in etik baxışları (“Etika, yaxud öz-özünü Dәrk et” – “Gnothi se auton, sive Ethica”, 1675) R.Dekartın “cogito, ergo sun” (“düşünürәm, demәli mövcudam”) prinsipindәn intişar taparaq, G. tәrәfindәn xüsusi özünümüşahidә, “avtologiya” fәnninәdәk inkişaf etdirilmişdi; fәnn “somatologiya” (müddәtlilik, o cümlәdәn mәkan vә zaman haqqında elm) vә teologiya ilә birlikdә metafizikanın tәrkibinә daxil edilmişdi. G.-in әxlaqı haqqında müddәaları eyni zamanda stoikliyin elementlәrini, real imkanlara uygun gәlәn özünümәhdudlaşdırmaya çağırışları ehtiva edir (“ubu nihil vales, ibi nihil veils” prinsipi – “harda ki heç nә etmәk gücündә deyilsәn, orda heç nә arzulama”). “Hәqiqi fizika” (“Physica vera”, 1688) әsәrindә G. 17 әsrin ortalarınadәk fizikanın fәlsәfi әsasları sahәsindә toplanmış mәlumatları yekunlaşdırmağa çalışmışdır. Bir sıra hallarda G.B.Spinozanın sәlәfi olmuşdur (moduslar vә atributlar, “intellektual sevgi” haqqında tәlim, monizm).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN