Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEY-LÜSSAK

    GEY-LÜSSAK (Gay-Lussac) Jozef Lui (6.12.1778, Sen-Leonar-de-Nobla – 9.5. 1850, Paris) – fransız kimyaçısı vә fiziki. Paris EA-nın üzvü (1806), onun prezidenti (1822, 1834), Peterburq EA-nın әcnәbi fәxri üzvü (1829). Paris Politexnik Mәktәbini bitirmişdir (1800); K.Bertollenin tәlәbәsidir. 1800–32 illәrdә hәmin mәktәbdә (1809 ildәn kimya prof.-u) vә eyni zamanda Sorbonna Un-tinin prof.-u (1808–32), 1832 ildәn Paris Botanika Bağının prof.-u işlәmişdir. Deputatlar palatasının üzvü (1831–39), Fransanın peri (1839 ildәn) olmuş, yalnız elmi vә texniki mәsәlәlәr üzrә çıxış etmişdir.

    Qazların istidәn genişlәnmә (1802, C.Daltondan asılı olmayaraq) vә hәcm nisbәtlәri qanunlarını (1808) kәşf etmişdir (bax Gey-Lüssak qanunları). 1804 ildә elmi mәqsәdlә hava balonunda iki dәfә uçuş hәyata keçirәrәk bir sıra elmi tәdqiqat işlәrini yerinә yetirmişdir. Havanın temp-runu vә rütubәtliyini öyrәnmiş; tәqr. 7 km yüksәklikdә Yer maqnetizminin inintensivliyinin nәzәrә çarpacaq dәrәcәdә dәyişmәdiyini, havanın tәrkibinin Yer sәthi üzәrindәki tәrkibi ilә eyni olduğunu aşkar etmişdir. Qazın istilik tutumunun onun hәcmindәn asılı olmadığını müәyyәn etmiş (1807), buxarın sıxlığının tәyini üsulunu işlәyib hazırlamışdır (1811).

    G.-L. 1808 ildә L.Tenar ilә birlikdә bor anhidridindәn sәrbәst boru ayırmış, hidroksidlәrin dәmir qırıntıları ilә qızdırılmaqla reduksiyasından K vә Na-un alınma üsulunu (H.Devidәn asılı olmayaraq) işlәyib hazırlamışdır. Kalium, natrium, kalsium vә barium peroksidlәrini tәdqiq etmişdir (1810). H. Devi ilә eyni zamanda yodun xassәlәrinә görә xlora oxşar kimyәvi element olduğunu göstәrmişdir. Yodun bir sıra birlәşmәlәrini, o cümlәdәn hidrogen-yodid vә peryodat HIO4 turşularını, yodmonoxloridi ICl almışdır (1811–14). Sianid turşusunun miqdarı tәrkibini tәyin etmiş vә onun hidrogen-halogenid turşuları, hidrogen-sulfid ilә oxşarlığını müәyyәnlәşdirmişdir.

    G.-L. “sian”ı (disianı) almış vә öyrәnmiş, bu isә mürәkkәb radikallar vә әvәzetmә nәzәriyyәlәrinin formalaşmasının ilkin şәrtlәrindәn biri olmuşdur. Xlorid vә sianid turşularını tәdqiq edәrәk oksigenin olması maddәnin turşu kimi tәyin edilmәsi üçün mәcburi kriteriya olmadığını göstәrmişdir. 1833 ildә (fransız kimyaçısı T. Peluz ilә birlikdә) süd turşusunu qızdırmaqla laktid almışdır. Y.Berselius vә İ.Döbereyner ilә eyni zamanda üzvi element analizini tәkmillәşdirmişdir (1815). İlk dәfә duzların suda hәll olmasının temp-rdan asılılıq әyrilәrini qurmuş (1819), susuz natrium-sulfatın vә onun 10 su molekulu saxlayan hidratının hәllolma әyrilәrinin fәrqli olmasını aşkar etmişdir. Hәcmi analiz üsullarını–xlorometriyanı (1824), alkali vә asidometriyanı (1827) tәkmillәşdirmişdir. Stearin şamlarının istehsalı üçün patent almışdır (1828; M.Şevröl ilә birlikdә).

    Sulfat turşusunun istehsalında azot oksidlәrini tutmaq üçün kolon (bu cür kolonlar ilk dәfә 1842 ildә tәtbiq edilmişdir) ixtira etmişdir. Oksalat turşusunun ağac kәpәyindәn alınmasının sәnaye üsulunu işlәyib hazırlamışdır (1829). Bir sıra cihazlar (hidrometr, termometroqraf, civә sifonlu daşınan barometr vә s.) ixtira etmişdir.

    Əd.: Д ж y a  M. История химии. М., 1966.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN