Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GÉYNSBORO 

    GÉYNSBORO (Gainsborough) Tomas (xaç suyuna salınmışdır–14.5.1727, Sadberi, Suffolk qraflığı – 2.8.1788, London) – ingilis rәssamı vә qrafiki. Tәqr. 1740 ildә Londona gәlmiş, müxtәlif rәssamların (Y.F.Qravlo vә b.) emalatxanalarında tәlim keçmiş, ingilis kolleksiyalarında 17–18 әsr Avropa rәssamlığını (holland mәnzәrәçilәri, A.Vatto vә fransız rokoko ustalarının, hәmçinin U.Hoqart vә A.Remzinin yaradıcılığı) öyrәnmişdir. 18 әsrin böyük ingilis portretçisi olan G. (C.Reynolds ilә yanaşı) yaradıcılığa mәnzәrәçi kimi başlamışdır [“Kornard meşәsi” (“Geynsboro meşәsi”), tәqr. 1748, Milli qalereya, London]. Sadә poetik füsunkarlığı ilә seçilәn ilk portretlәrindә mәnzәrәyә xüsusi yer vermişdir. Bu әsәrlәri Sadberi (1748–51) vә İpsuiçdә (1752 – tәqr. 1759) yaradılmış, әsas sifarişçilәr mülkәdarlar olmuşlar (R. Endrüsün hәyat yoldaşı ilә portreti, 1748–49, Milli qalereya, London; L.Xiniqanın bacısı ilә portreti, 1750-ci illәr, Fitsuilyam Muzeyi, Kembric); uşaq obrazları sәmimi vә zәrif cizgilәrlә işlәnilmişdir (“Rәssamın kәpәnәk arxasınca qaçan qızları”, tәqr. 1758, Milli qalereya, London vә s.). G. rәsmlәrinin әsas xüsusiyyәtlәrindәn biri koloritin daxili parlaqlığıdır.

     T.Geynsboro. “Bazardan qayıdan kәndlilәr”. (1767–1768). Toledo muzeyi (ABŞ).

    1759–73 illәrdә Batada işlәdiyi dövrdә G.-nun әsas sifarişçilәri ingilis zadәganları, aktyor vә musiqiçilәr olmuşlar. Yeni personajlar böyük ifadәlilik tәlәb edirdi; portretlәrdә A. van Deykin tәsiri hiss olunurdu (C.Battolun portreti, yaxud “Mavi geyimli oğlan”, tәqr. 1770, Hantinqton Rәsm qalereyası, San-Marino, Kaliforniya ştatı). G. modelin xarakterini düzgün qavramaqla obrazı böyük sәnәtkarlıq vә ilhamla tәsvir edir, tәmtәraq zәrif gözәlliyә çevrilir vә bir sıra portretlәr bәdii teatrallıq qazanır (Anna Ford, 1760, Sinsinnati Rәsm muzeyi; qrafinya Meri Hau, 1763–64, Kenvud-haus, London). 1774 ildә Londona köçәn rәssamın sonrakı dövr yaradıcılığına sәnәtkar texnikasının mükәmmәl sәlisliyi xasdır: Meri Qremin portretlәri (1775–77, Şotlandiya Milli qalereyası, Edinburq), “Mavi geyimli qadın” (1770-ci illәrin sonu, Ermitaj, S.-Peterburq), missis E.Şeridan (tәqr. 1785–87, Milli qalereya, Vaşinqton); avtoportret (1787, Kral İncәsәnәt Akademiyası, London), hәmçinin ailә cütlüyü portretlәri [“Sәhәr gәzintisi” (U. Hallet hәyat yoldaşı ilә), 1785, Milli qalereya, London]. Bәstәkarlar İ.K.Baxın (1776, Muzey-lisey, Bolonya), K.F.Abelin (tәqr. 1777, Hantinqton Rәsm qalereyası, San-Marino, Kaliforniya ştatı), İ.K.Fişerin (tәqr. 1780, Bukingem sarayı, London), aktrisa Sara Siddonsun (tәqr. 1783–85, Milli qalereya, London) portrelәri G.-nun sәnәtkar mühiti ilә dostluq әlaqәlәrini göstәrir. P.P.Rubensin tәsirinin hiss olunduğu әsәrlәrindә rәnglәrin sәdәf kimi yumşaq şәkildә rәngdәn-rәngә çalması ilә nәzәrә çarpan, rәssamın әn çox sevdiyi soyuq tonlar G.-nun kәnd mәnzәrәlәrinә xüsusi gözәllik verir. Onun tәbiәt tәsvirlәri emalatxanada çox vaxt daşdan, mamırdan, güzgü parçalarından vә s. hazırlanmış hәqiqi tәbiәt motivlәri mövzusundakı variasiyalardır. Onlar romantizm axtarışını vә “tәbiәt meyli”ni qabaqladılar (“Qürub. Çaydan su içәn dörd at”, 1760– 65, Teyt qalereyası; “Suvarma yeri”, 1777, Milli qalereya, London; “Yarmarkaya gedәn araba”, 1786–87, Teyt qalereyası vә s.); onun bir çox әsәrindә hәmçinin rәssamanimalistin istedadı özünü büruzә vermişdir. Ömrünün son illәrindә “proeksiya fonarı”nda göstәrmәk üçün şüşә lövhәciklәrdә tәbiәt tәsvirlәri yaratmağa hәvәs duymuşdur (10 әsәr, tәqr. 1783, Viktoriya vә Albert Muzeyi, London). Tәbiәt tәsvirlәri vә kәnd hәyatından mәnzәrәlәr G.-nun rәsmlәri arasında әhәmiyyәtli yer tutur. Onun yaradıcılığı ingilis rәssamlıq mәktәbinin sonrakı inkişafında mühüm rol oynamışdır (C.Konstebl vә b.-nın yaradıcılığı). G. Londondakı Kral İncәsәnәt Akademiyasının yaradıcılarından vә üzvlәrindәn biri olmuşdur (1768).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN