GEYTONOQÁMİYA (yun. γείτων – qonşu vә γάμος-nikah) – bir bitki daxilindә tozcuğun cücü, yaxud külәk vasitәsilә bir çiçәkdәn digәrinә ötürülmәsi yolu ilә baş verәn öz-özünә tozlanma. Mәs., yerköküdә çiçәklәmә zamanı milçәklәr bütün çiçәk qrupu üzәrindә sürünәrәk bir çiçәkdә toplanmış tozcuqları digәr çiçәyin dişicik ağzına aparır. G., adәtәn, açılmış çiçәklәrdә baş verir. Bәzi bitkilәrdә G. zamanı toxum әmәlә gәlmir.