Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEYTS 

    GEYTS (Gates) Uilyam (Bill) (d.28.10.1955, Sietl, Vaşinqton ştatı) – elektronhesablama texnikası sahәsindә Amerika ixtiraçısı vә sahibkarı. İlk dәfә 13 yaşında kompüterlәr vә proqramlaşdırma dillәri ilә tanış olmuşdur. 1972 ildә mәktәb yoldaşı Pol Allen ilә yol hәrәkәtini analiz edәn “Traf-O-Data” kompaniyasını yaratmış vә verilәnlәrin emalı üçün kompüterdәn istifadә etmişdir. 1973 ildә Harvard un-tinә daxil olmuş, 1975 ildә Allenlә “Microsoft” kompaniyasını yaratmışdır (sәhmlәrin 60%-i G.-ә, 40%-i Allenә mәxsus idi). 1975 ildә onlar MITS kompaniyasına mәxsus ilk kompüter seriyası “Altair” üçün BASIC proqramlaşdırma dili yazmışdılar vә kompaniya sahiblәrinin razılığı ilә onların proqram vasitәlәri kompüterlә birlikdә yayılırdı. Üçün- cü kurs tәlәbәsi olarkәn G. Harvard Un-tindәn uzaqlaşır vә özünü tamamilә kompaniyadakı işә hәsr edir. 1979 ildә “Microsoft” kompaniyası mәnzil-qәrargahını Belvyuya (Sietlin yaxınlığı) köçürür. 1980 ildә IBM şirkәti “Microsoft”a IBM PC adı ilә mәşhurlaşan yeni fәrdi kompüter üçün proqramlaşdırma dillәri yazmağı tәklif edir. G. yeni kompüter üçün әmәliyyat sistemi dә (MS-DOS) yaratmağa başlayır. Hәr iki mәhsulun uğur qazanması “Intel” arxitekturasının, IBM kompüterlәrinin vә “Microsoft” proqramının sahә standartları olmasına sәbәb oldu.

    “Microsoft” kompaniyası “Apple Macintosh” fәrdi kompüterinin alternativ qrafik interfeysli proqram tәminatının әsas yaradıcısı oldu. 1988 ildә Windows qrafik interfeysi yaradıldı. 1995 ilәdәk dünyadakı bütün fәrdi kompüterlәrin 85%-i “Microsoft” proqram tәminatını istifadә edirdi. 1995 ildә İnternetә daxil olmaq üçün proqram vasitәlәri – Internet Explorer ilә tәchiz edilmiş yeni әmәliyyat sistemi Windows-95 yaradıldı. Sonralar bu versiya dәfәlәrlә tәkmillәşdirildi.

    G.-in kompüterlәrin gәlәcәyi vә onların tәtbiqi barәdә hәmmüәlliflәrlә yazdığı “Gәlәcәyә yol” (“The Road Ahead”, 1995), “Fikir sürәtli biznes” (“Business@The Speed of Thought”, 1999) kitabları dünyanın bir çox ölkәlәrindә tәrcümә vә çap edilmişdir. Bu kitabların satışından alınan gәlirlәr tәhsil vә sәhiyyәni dәstәklәyәn xeyriyyә fondlarına keçirilir.

    Əd.: Д е а р л о в Д. Бизнес-путь: Билл Гейтс. 10 секретов самого богатого в мире бизнес-лидера. СПб., 2003.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN