GEYTSHED (Gateshead) – B.Britaniyada, İngiltәrәnin şm.-ş-indә şәhәr. Əh. 78,4 min (2001). Tayn çayında port. Körpülәrlә әlaqәlәndiyi Nyukasl ş. ilә iri nәql. qovşağıdır. Maşınqayırma, rezin-texniki, yeyinti, toxuculuq, poliqrafiya sәnayesi, boya vә plastmas istehsalı; Tim-Valli sәnaye parkı var. G. “Şimal Mәlәyi” heykәli, hәmçinin “The Sage Gateshead” konsert vә ictimai kompleksi ilә mәşhurdur.
Geytshed şәhәrindәn görünüş.
Maşınqayırma, rezin-texniki, yeyinti, tikiş, poliqrafiya sәnayesi inkişaf etmişdir; plastik kütlәlәr üçün boyalar istehsal olunur. Tim-Valli sәnaye parkı fәaliyyәt göstәrir. Əvvәllәr kömür hasilatı vә d.y. xidmәti mәrkәzi olmuşdur. Tayn çayının estuarisindә port var.