GEZER (indiki Tәll-Gezer; ivritcә תלֹּ גזרֹ) – Fәlәstinin c.-unda Neolit dövrünә (e.ә. 5- ci minillik) aid yaşayış mәskәninin yerindә e.ә. 3-cü minillikdә meydana gәlmiş şәhәr. Aralıq dәnizi sahillәrindәn Suriya vә Ərәbistana gedәn әlverişli karvan yolu üzәrindә idi. İlk әhalisi hurrilәr vә kәnanilәr olmuşlar. G. haqqında ilk yazılı mәlumatlar firon III Tutmosun dövrünә (e.ә. 15 әsr) aiddir. Bu dövrdә G. firona tabe olmuş vә vergi ödәmişdir. Ağır vergilәrdәn xilas olmağa çalışan G.-dә dәfәlәrlә üsyan qaldırılsa da, fironlar tәrәfindәn yatırılmışdı. Bibliyaya görә, G. İisus Navin tәrәfindәn Gezer çarı Goramın öldürülmәsindәn sonra fәth edilmişdi. Bölgü nәticәsindә şәhәr levitlәrә (yәhudilәrin bir hissәsinә) keçsә dә, onlar kәnanilәri bu әrazidәn qovmamış, onlarla bәrabәr yaşamışdılar. E.ә. 10 әsrin ortalarında G. yenidәn misirlilәr tәrәfindәn tutulsa da, Misir fironu I Şeşonk onu İsrail yәhudi hökmdarı Süleymana güzәştә getmişdi. Süleymanın ölümündәn sonra isә G. e.ә. 924 ildә I Şeşonkun İsrail çarı İerovoama qarşı yürüşü zamanı dağıdılmışdı. Eramızın 1 әsrinәdәk az mәskunlaşmış әrazi idi. 44 ildәn Romanın İudeya әyalәtinin mәrkәzlәrindәn biri olmuşdur. 1177 ildә G. yaxınlığında baş vermiş Monjisar vuruşmasında sәlibçilәr IV Balduinin başçılığı ilә Sәlahәddin Əyyubinin qoşunlarını ağır mәğlubiyyәtә uğratmışdılar. G.-dә ilk arxeoloji qazıntılar 1873–74 illәrdә fransız arxeoloqu Ş. Klermon-Qanno tәrәfindәn aparılmış, 1905 vә 1907 illәrdә İrlandiya arxeoloqu R.A.S.Makalister tәrәfindәn davam etdirilmişdir. 1934 ildә amerikan alimi A.Rou qazıntılar aparmışdır. 2006 ildә Amerika arxeoloqları S. Ortis vә S. Volfun rәhbәrliyi ilә yenidәn qazıntılara başlanılmışdır.