GEZİTLƏR (anql-saks dilindә gesith – yoldaş, kömәkçi) – erkәn orta әsrlәrdә İngiltәrәdә tayfa başçılarına mәxsus hәrbi dәstәlәrinüzvlәri. 5–6 әsrlәrdә Britaniyanı istila etmiş anql, saks vә yut tayfa başçılarının yaxın әtrafı idilәr. Anql-saks krallıqlarının yaradılması ilә G. hәrbi mükәllәfiyyәtli әyanlara (tenlәrә) çevrilirdilәr.