Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏBRLƏR 

    GƏBRLƏR – 7 әsrin ortalarında әrәblәrin İranı işğalından sonra islam dinini qәbul etmәmiş zәrdüştilik ardıcıllarının әnәnәvi adı. Ehtimal olunur ki, әrәbcә “kafir” (“dinsiz”) sözündәndir. Ərәb istilasından sonra sosial vә iqtisadi hüquqlarını itirәn G.-in bir hissәsi Hindistana köçmüşdür; nәsillәrini parslar adlandırırlar. 19 әsrdә hind parsları G.-ә dәstәk olmuşdur.

    G. özlәrini “behdinlәr”, yaxud “zәrdüştilәr” adlandırırlar; sonuncu G.-in İranda rәsmi adıdır. G.-in dini olan parsizm qәdim zәrdüştilik ilә xristianlıq vә iudaizmin bәzi elementlәrinin birlәşmәsindәn әmәlә gәlmişdir. Oda sitayiş edirlәr. Kahinlәrin (mobed vә atravan) başçılığı ilә dini icmalar qururlar. Əsasәn, Yәzd vә Kirmanda, çox vaxt müsәlmanlardan ayrı icmalarda yaşayırlar. Zәrdüşti dәri (yaxud gәbri) dialektindә danışırlar. Hazırda sayları 25 mindәn çoxdur (2012). Parlamentdә 1 nümayәndә ilә tәmsil olunurlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN