GƏC – 1) göl-bataqlıq tipli su hövzәlәrindә kalsium-karbonatın çökmәsi nәticәsindә әmәlә gәlәn kövrәk, tozvarı kütlә. Gilli növlәri şirinsu, göl, çәmәn mergeli adlanır. Əhәng yandırılmasında vә sement istehsalında işlәdilir. 2) Azәrb.-da vә Orta Asiyada gips, gil vә qumdan ibarәt kövrәk süxur (torpaqlı gips). Azәrb.-da әn böyük yatağı Gәncә yaxınlığındadır. Xüsusi quyularda (kürәlәrdә) yandırıldıqdan sonra suvaq vә hörgü materialı kimi istifadә edilir. Hәlә erkәn orta әsrlәrdәn G. memarlıq vә dekorativ bәzәk işlәrindә qiymәtli material sayılmışdır. G. üzәrindә oyma üsulu ilә hәndәsi, nәbati vә s. tәsvirlәrin hәkk edilmәsi Azәrb. memarlıq abidәlәrindә (xüsusilә 12–18 әsrlәrdә) geniş tәtbiq olunurdu (bax hәmçinin Gәctәraşlıq).