Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏCTƏRAŞLIQ

    GƏCTƏRAŞLIQ – dekorativ sәnәt növü. Gәc mәhlulundan bәdii oyma vә gәcdәn tökmә üsulu ilә bәdii-memarlıq elementlәrinin hazırlanması. Əsasәn binaların daxilindә, bәzәn dә xarici sәthindә tәtbiq olunur. Gәc mәhlulu divara suvaq kimi çәkilir, naxışlar, yaxud rәsm kompozisiyası onun hamarlanmış sәthindә (yaş suvaq üzәrindә) oyulur. İki oyma üsulu işlәnir: dayaz vә dәrin. Dayaz oyma zamanı cizgilәr vasitәsilә naxış yaradılır. Dәrin oymada bәzәk daha qabarıq verilir. Bәzәn naxışlar ayrı-ayrı gәc lövhә üzәrindә oyulmaqla hazır element divar sәthinә yerlәşdirilir. Memarlıq bәzәklәrinin emosionallığını artırmaq üçün bәzәn boyalardan da istifadә edilir. Bu mәqsәdlә gәcin oyulmuş yerlәri parlaq tempera ilә rәnglәnir. 12–14 әsrlәrdә Azәrb. Şәrqin başlıca G. mәrkәzlәrindәn olmuşdur. Qәzvindәki “Xumartaş günbәzi” (1106–14) vә Heydәriyyә mәscidinin (12 әsr), Naxçıvandakı Mömünә xatın türbәsi vә Əlincәçay xanәgahının, Hәmәdandakı Əlәvilәr mәscidinin (12–14 әsrlәr), Sultaniyyәdәki Ölcaytu Xudabәndә türbәsinin (14 әsr), Urmiya (1277) vә Mәrәnd (1324) cümә mәscidlәrinin mehrablarının bәzәklәri G. sәnәtinin әn yaxşı nümunәlәrindәndir. Kaşıkarlığın inkişafı ilә әlaqәdar 15–17 әsrlәrdә memarlıqda G.-ın әhәmiyyәti azalmış, 18– 19 әsrlәrdә G. sәnәti yenidәn canlanmışdır. 

    Gәc daşa nisbәtәn xeyli yumşaq olduğundan onun üzәrindә icra olunan oyma bәzәklәr daş oymalarından fәrqlәnirdi. Gәc üzәrindә daha maraqlı vә çox әmәliyyat aparmaq imkanına malik sәnәtkar qurumamış gәc üzәrindә iti alәtlә istәdiyi rәsmi çәkir, detala qalınlıq vә dәrinlik verir, gәc quruduqdan sonra lazımi әlavәlәr edirdi.

    Gәc üzәrindә oyma bәzәklәr hәr dövrün bәdii üslubu vә onu yaradan ustanın fәrdi yaradıcılığı ilә әlaqәdar müxtәlif sәpgilәrdә alınırdı. 19–20 әsrin әvvәllәrindә gәc üzәrindә oyma işlәri rәsm vә kompozisiya baxımdan xeyli mürәkkәblәşmiş, onlara müxtәlif mövzulu tәsviri elementlәr (insan, heyvan, quş, sinkretik әfsanәvi fiqurlar), hәtta boya da әlavә edilmişdir. Gәc bәzәklәrinin texniki icrasında bir çox yeniliklәr olduğundan onlar rәssamlıq vә ya heykәltәraşlıq nümunәlәrinә bәnzәyirdi. Xüsusilә Bakı ş.-ndә bu dövrdә gәcdәn yaradılmış qabarıq, hәcmli heykәllәrә rast gәlinir. Gәc üzәrindә bәzәklәr iki bәdii üslubda inkişaf edirdi: milli әnәnәlәr sәpgisindә vә modern tendensiyalı. Birinciyә daha çox Şәki, Şuşa, Gәncә, ikinciyә isә Bakıdakı tikililәrdә rast gәlinirdi. Şәkidә usta Davud Nüxәviyә aid Gilehli mәscidinin (1812 il) gәc bәzәklәri bu dövrün әsәrlәrindәndir. Şәkili Abbas vә Yusif tanınmış gәctәraşlar olmuşlar. Usta Abbasın yaradıcılığında divar buxarıları әsas yer tuturdu (Şәki Xan sarayının, Şәkixanovların evinin vә Qulu bәyin evinin buxarıları). Bakıda AMEA Rәyasәt Heyәtinin, Əlyazmalar İn-tunun, Memarlar İttifaqının binalarında vә s. yerlәrdә bu sәnәt növünün gözәl nümunәlәri qalmışdır. 19– 20 әsrin әvvәllәrindә Bakıdakı memarlıq abidәlәrindә milli nümunәlәrlә yanaşı, xeyli sayda qabartma sәpgili Avropa ornament vә tәsviri motivlәrini xatırladan G. әsәrlәri geniş yayılmışdır. Avropa ornament motivlәrindә “akanf”, “meandr” canlı tәsvirlәrindә yarı insan, yarı heyvan, mәlakә, Yunan mifologiyasından götürülmüş obrazlar әsas yer tutmuşdur.

    Əd.: Ə f ә n d i y e v  R. Azәrbaycan İncәsәnәti. B., 2001.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN