GƏÇSARAN QAZ-NEFT YATAĞI – İranın c.-q.-ndә, Xuzistan ostanındadır. Dünyada әn iri yataqlardan biridir. İran körfәzi neftli-qazlı hövzәsinә daxildir. 1928 ildә kәşf edilmiş, 1937 ildәn istismar olunur. Çıxarılabilәn ilkin neft ehtiyatı 2,06 mlrd. t, qaz ehtiyatı 162 mlrd. m3-dir. Mesopotamiya çökәyi hüdudlarında antiklinal qırışıqla әlaqәdardır. Sah. 200 km2-dәn çoxdur. Neftlilik 850–2550 m dәrinlikdә yatan Oliqosen-Alt Miosen vә Üst Tәbaşir әhәngdaşları ilә, qazlılıq isә 3600 m dәrinlikdәki Alt Tәbaşir-Üst Yura әhәngdaşları ilә әlaqәdardır. 13 tağ tipli yataq aşkar edilmişdir. Neftin sıxlığı 865 kq/m3- dir. Kәmәrlәrlә neft Abadan ş.-nә vә Xark a.-ndakı porta, qaz Tehran vә Əhvaz ş.-lәrinә nәql olunur.