Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏDƏBƏY 

    GƏDƏBƏY – Azәrb. Resp.-nda şәhәr (1990 ildәn). Gәdәbәy r-nunun mәrkәzi. Bakıdan 437 km, Dәllәr d.y. st.-ndan 50 km aralı, Gәdәbәy çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 11,6 min (2017).

     Gәdәbәy.Heydәr Əliyev mәrkәzi.

    Bir ehtimala әsasәn, “Gәdәbәy” vaxtilә buralarda yaşayan Gәdәbәy adlı şәxslә bağlıdır. Başqa bir ehtimala görә, toponim qәdim türk dillәrindәki “ket”, “gedik” (tәpә) vә “bәk” (keşikçi, gözәtçi) sözlәrindәn düzәlib, “müşahidә mәntәqәsi”, “keşikçi mәntәqәsi” mәnasındadır. 13 әsrә aid Mxitar Qoşun “Alban salnamәsindә” әrazidә Getabak qalası qeyd olunur. Hәmin qalanın xarabalıqları indiki şәhәrin yaxınlığındadır. Hazırkı yaşayış mәntәqәsi 1863 ildә Qazaxdan çıxan ailәlәr tәrәfindәn salınmışdır. 1879 ildә mis yataqlarına vә Qalakәnd misәritmә z-na aparan Gәdәbәy– Qalakәnd dәmir yolu çәkilmişdir. 1912 il “Qafqaz tәqvimi”nә әsasәn Yelizavetpol qub.-nın Yelizavetpol qәzasının Gәdәbәy k.-ndә 266 nәfәr “tatar” (azәrb.) yaşamışdır. 1935 ildә G. şәhәr tipli qәsәbә, 1990 ildә şәhәr statusunu almışdır.

    2 tam orta mәktәb, 2 ümumi orta mәktәb, uşaq-gәnclәr inkişaf mәktәbi, aşıq musiqi mәktәbi, idman mәktәbi, peşә liseyi fәaliyyәt göstәrir (2018–19). Mәrkәzi kitabxana, diyarşünaslıq muzeyi, Heydәr Əliyev mәrkәzi, Bayraq meydanı, mәrkәzi rayon xәstәxanası, poliklinika var.

    Azәrb. Resp.-da şәhәr. Gәncә-Qazax iqtisadi r-nuna daxildir. G. ş.-ndә ümumilikdә 8 sәnaye müәssisәsi fәaliyyәt göstәrir: mis vә qızıl emalı şirkәti (Azerbaijan İn- ternational Mining Limited Company), “Halal qida” MMC, “Caldaş” mineral süfrә suyu istehsal sexi vә s. Yeni açılmış iş yerlәrinin sayı 1353-dür, onlardan 805-i daimi iş yerlәridir, işsizlәrin sayı 160-dır (2016).

    G. ş.-nin ümumi mәhsul istehsalının hәcmi tәqr. 3,3 mln. manat, әsas sahәlәr üzrә mәhsul istehsalı 2,7 mln. manat, kәnd vә meşә tәsәrrüfatları, balıqçılıq 1,0 mln. manat, әsas sahәlәr üzrә xidmәt istehsalı 610,4 min manat tәşkil edir (2016). Avtomobil nәql. ilә yükdaşıma 884 min t, ümumi yük dövriyyәsi 120,1 mln. t-dur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN