“GƏLƏCƏK” – ictimai, siyasi jurnal, Azәr. Yeni Türk Əlifbası Komitәsinin nәşri. 2 nömrәsi (№ 1 – 1922, № 2 – 1925) çıxmışdır. “G.” yeni әlifbanın tәtbiqi vә Azәrb. dilinin saflığı uğrunda mübarizә mәqsәdi daşıyırdı. Yeni әlfiba geniş yayıldığı vә gündәlik “Yeni yol” qәzeti nәşrә başladığı üçün “G.”-in çapı dayandırılmışdır. “G.”-dә V.Xuluflu, F.Ağazadә, S.Ağamalıoğlu, A.Şaiq, H.Zeynallı vә b. iştirak etmişlәr.