GƏLƏSƏN-GÖRƏSƏN QALASI – Azәrb. Resp.-nda orta әsrlәrә aid qala; müdafiә istehkamı. Şәki ş.-ndәn 5–6 km şm.-da, Kiş çayının q. sahilindә, Qaratәpә d.-nın zirvәsindәdir. Divarların (qalınlığı tәqr. 2 m 70 sm), bürclәrin (hünd. 7 m) vә darvazasının xarabalıqları qalmışdır. Axtarışlar zamanı (1950) yaşayış evlәrinin qalıqları, tәsәrrüfat quyuları, hovuz vә s. aşkar edilmişdir. 15 әsrin әvvәllәrindә Şәki hakimi Qarakeşişoğlu Əlican xan (Candar) [1444/ 45–1456/57] tәrәfindәn tikildiyi ehtimal olunur. 1551 ildә Sәfәvi hökmdarı I Tәhmasibin tabe olmaq tәklifini rәdd edәn Şәki hakimi Dәrviş Mәhәmmәd xan G.-g.q.-nda möhkәmlәnmişdi. 1744 ildә Nadir şah otuz minlik qoşunla Şәkiyә basqın edәrkәn Şәki hakimi Hacı Çәlәbi xan [1743–55] G.-g.q.- na çәkilmişdi. Nadir şah 4 aylıq mühasirәdәn sonra çoxlu tәlәfatla geri çәkilmәyә mәcbur olmuşdu. Şәkili Sәlim xan [1795– 97; 1805–06] da İran sәrbazlarının gec-tez Şәkiyә basqın etmәlәri ehtimalına qarşı әhalini bu qalaya köçürtmüşdü. G.-g.q. xalq arasında Qızlar qalası adı ilә dә mәşhurdur.
Gәlәesәn-görәrsәn qalasının qalıqları.15 әsr.