GƏLİN SARAYI, Ş i r i n s a r a y ı – İrәvan xanlığında Vedibasar mahalının (9.9.1930 ildәn Vedi, 15.5.1968 ildәn Ararat r-nu) aran hissәsindә, Şirazlı k. ilә Reyhanlı k. arasında qәdim saray xarabalıqları. Saray eni vә uz. 220 m, hünd. 4 m olan bir tәpәdә yerlәşirdi. Rәvayәtә görә, qala-sarayı İran şahı Xosrov Pәrviz arvadı Ərmәn türk şahzadәsi Şirin üçün tikdir- mişdi. Yerli әhali abidәni hәm dә Şirin sarayı da adlandırırdı.