Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏLİR 

    GƏLİR – müxtәlif maddi, qeyri-maddi, pul (nağd vә qeyri-nağd formada) vә maliyyә aktivlәri şәklindә daxilolmalar.

    G. – әmtәә, xidmәt vә s. aktivlәrin (maddi sәrvәtlәr, maliyyә alәtlәri vә s.) satışı, bölüşdürülmә vә tәkrar bölüşdürülmә münasibәtlәri (vergi vә qeyri-vergi daxilolmaları; sosial transferlәr – pensiya, tәqaüdlәr, subsidiyalar; xaricdәn gәlәn kapital vә cari transferlәr; öhdәliklәr üzrә ödәmәlәr – borc vә kreditlәrin qaytarılması, yaxud öhdәliklәrin öz üzәrinә götürülmәsi – kredit mәblәğinin götürülmәsi; investisiya G.-i – әmanәtlәr, qiymәtli kağızlar, dividentlәr üzrә faizlәr vә s.) nәticәsindә iqtisadiyyatın institusional sektorlarında (bura aiddir: әhali, dövlәt, qeyri-maliyyә vә maliyyә sektorları, xarici iqtisadi fәaliyyәt) tәkrar istehsal tsiklinin müxtәlif mәrhәlәlәrindә yaranır. Bazar iqtisadiyyatında iqtisadi subyektlәrin gәlirinin çox hissәsi pul formasında olur.

    İqtisadiyyatın institusional sektorlarının G.-i müxtәlif formalarda çıxış edir vә müvafiq balanslarda özünü göstәrir. Mәs., әhalinin G.-lәri әmәkhaqqı, sosial ödәmәlәr, sahibkarlıq fәaliyyәtindәn G., mülkiyyәtdәn G. vә s. formalarda olur.

    Dövlәt G.-i vergi vә qeyri-vergi ödәmәlәr, hәmçinin dövlәt vә bәlәdiyyә qiymәtli kağızlarının vә xarici istiqrazların satışı vasitәsilә büdcә sisteminin (federal büdcә, regional vә yerli büdcә, büdcәdәnkәnar fondlar) bütün sәviyyәlәrindә formalaşır. Aqreqatlaşmış halda dövlәt G.-i güclәndirilmiş dövlәt büdcәsi formasında özünü göstәrir.

    İqtisadi subyektlәrin xarici iqtisadi münasibәtlәrdәn gәlirlәri әmtәә vә xidmәtlәrin ixracından, kapital vә daxilolmaların cari transferlәrindә G., investisiya G.-i; daxilolmalara birbaşa, portfel vә s. investisiyalar, qiymәtli kağızların satışından G., ticarәt avansından vә daxilolmaların kre- ditlәrindәn G. formasında olur.

    Banklar vә qeyri-bank maliyyә institutları bank depozitlәri, alınmış borc vә kreditlәr, pay vә әmanәtlәr vә s. formada akkumuliyasiya etdiklәri maliyyә resurslarını müxtәlif maliyyә alәtlәri vә aktivlәrә yönlәndirirmәklә, kredit fәaliyyәti hәyata keçirәrәk ondan gәlir, yaxud zәrәr şәklindә maliyyә nәticәlәri әldә etmәklә bir sıra әmәliyyatlar hәyata keçirirlәr. Yәni onların gәliri cәlb edilmiş resurslardan vә maliyyә nәticәlәrindәn formalaşır. Bank G.-i, adәtәn, әmәliyyat (faiz, investisiya, komissiya vә s.) vә qeyri-әmәliyyat fәaliyyәt vasitәsilә formalaşır.

    Qeyri-maliyyә müәssisәlәrinin G.-i kimi – әmtәә vә yaxud xidmәtlәrin alqı-satqı qiymәti, kapital vәsaitlәri, qiymәtli kağızlar, patent vә lisenziyaların satışından daxilolmalar, divident vә digәr emitentlәrin qiymәtli kağızları üzrә faizlәr, tәqdim olinmuş istiqrazlar, icarәyә verilmiş әmlak üzrә renta vә/yaxud icarә ödәnişlәri çıxış edir.

    İqtisadiyyatın institusional sektorlarının vә sahәlәrinin G.-i milli hesabdarlıqda istifadә olunan müxtәlif kateqoriyaların tәrkibinә daxildir. Milli hesablar sistemindә onlardan ümumilikdә ölkә iqtisadiyyatının fәaliyyәtinin nәticәlәrini xarakterizә edәn göstәricilәrin, o cümlәdәn ÜMM vә digәr ümumi göstәricilәrin formalaşmasında istifadә olunur. Mühüm makroiqtisadi göstәrici olan milli G. bütün rezidentlәrin, yәni cari dövrdә istehsal iştirakçılarının G.-inin göstәricisidir (normasıdır) vә cәmiyyәtin xalis (qazanılmış) G.-ini ifadә edir.

    Ə h a l i    g ә l i r l ә r i. Müәyyәn zaman әrzindә (statistikada, adәtәn il, yaxud ay) әhalinin (ailә, ev tәsәrrüfatının) müxtәlif mәnbәlәrdәn aldığı vә istehlaka, yığıma, müxtәlif vergi vә rüsumlara sәrf etdiyi pul vә natural şәkildә daxilolmaların mәcmusudur. BMT-nin tәsnifatına әsasәn әhali gәlirlәrinә vәtәndaşların aldıqları bütün daxilolmalar, o cümlәdәn qeyri-korporasiya müәssisәlәri sahibi qismindә hәyata keçirdiklәri әmәliyyatlar da daxil olmaqla ayrı-ayrı şәxslәrin kapitalı ilә әlaqәli әmәliyyatlardan daxilolmalar daxildir.

    Beynәlxalq statistikada әhali gәlirlәri növbәti növlәr üzrә tәsniflәşdirilir: ilkin gәlirlәr; mülkiyyәt gәlirlәri; cari transferlәr vә digәr әldә olunan mәnfәәtlәr. İ l k i n   g ә l i r l ә r ә  işçilәrin mükafatlandırılması, istehsal kooperativlәri üzvlәrinin gәlirlәri vә qeyri-korporasiya müәssisәlәrinin ümumi sahibkar gәlirlәri daxildir. BMT-nin tövsiyәsi ilә işçilәrin mükafatlandırılmasına pul vә natural formada әmәkhaqqı, hәmçinin sahibkarların müxtәlif sosial vә pensiya sistemlәrinә investisiyası aid olunur. İşçilәrin sığortası üçün sahibkar ödәmәlәri uçotunun tәşkili mümkün olmayan ölkәlәrdә bu bәnd ixtisar oluna bilәr. M ü l k i y y ә t   g ә l i r l ә r i n ә mәnzil sahiblәrinin şәrti mәnzil ödәnişlәri – faiz, divident vә renta daxil edilir. C a r i t r a n s f e r l ә r  vә digәr mәnfәәtlәrә sosial sığorta müavinәtlәri, hәyat sığortası üzrә pensiya vә ödәnişlәr, hәmçinin transferlәr vә natural formada transferlәr aiddir. Adıçәkilәn göstәricilәrin mәblәği vәtәndaşların (ev tәsәrrüfatlarının) ümumi gәlirini ifadә edir. Bunlardan birbaşa vergilәr, sosial sığorta investisiyaları, pensiya fondları vә digәr icbari ödәnişlәr vә könüllü investisiyalar çıxıldıqdan sonra vәtәndaşların (ev tәsәrrüfatlarının) idarәsindә qalan, әmtәә vә xidmәtlәrin son istehlakına, ailә, yaxud ayrı-ayrı fәrdlәrin pul yığımına yönәldilәn ümumi gәlir formalaşır.

    Əhali gәlirlәri real vә nominal üzrә tәsniflәşdirilir. N o m i n a l   g ә l i r l ә r – әldә olunmuş gәlirlәrin cari qiymәtlәrdә pul ilә dәyәrlәndirilmәsidir. R e a l   g ә l i r l ә r  fәrdi vә ailә hesabında olan nominal gәlirlәr hesabına alına bilinәn nemәtlәrin sayını әks etdirir. Real gәlirlәr – әhalinin hәyat sәviyyәsinin vә tәlәbatın ödәnilmәsi göstәricisidir; Azәrb. Resp.-nda 1992 ildәn, Azәrb. Resp. subyektlәri üzrә 1995 ildәn. Real әhali gәlirlәrinin dinamikasını göstәrmәk üçün istehlakçı qiymәtlәri indeksinә әsasәn nominal gәlirlәrin tәkrar hesablan- ması, hәmçinin müәyyәn әmtәә vә xidmәt dәstinin dәyәrini göstәrәn müxtәlif istehlakçı büdcәlәri tәtbiq edilir.

    Gәlirlәrin alınması vә istifadәsi üzrә cәmiyyәtin sosial-iqtisadi qruplarının mövqelәrinin ümumilәşdirilmiş xarakteristikası üçün statistik bölüşdürmә vә aqreqatlaşdırılmış milli hesablar vә balans arasında әlaqәlәr cәdvәli yaradılır.

    Əhali gәlirlәrinin mühüm xarakteristikaları: gәlirlәrdә qeyri-bәrabәrlik, onların qeyri-bәrabәr bölüşdürülmәsi, gәlirlәrin tәmәrküzlәşmәsi vә diferensiasiyası. Qeyri- bәrabәrliyi әhali qrupları (ailә) arasında faktiki bölüşdürmәnin, bәrabәr bölüşdürmәdәn kәnara çıxdığını göstәrәn Lorens әyrisi özündә әks etdirir. Statistikada, adәtәn gәlirlәrin tәmәrküzlәşmәsini әks etdirәn vә cәmiyyәtdә gәlirlәrin qeyri-bәrabәr bölüşdürülmәsinin artması ilә qiymәti 0-dan 1-ә qәdәr dәyişәn Cini indeksi, varlı tәbәqәnin gәlirinin 10%-i vә yoxsul tәbәqәnin gәlirinin 10%-i arasında fәrqi göstәrәn fond әmsalı (diferensiasiya әmsalı) dәrc olunur. Daha eqalitar, yәni sosial-iqtisadi bәrabәrsizlik az olan cәmiyyәtdә, ümumi iqtisadi artım, әhalinin adambaşına düşәn ÜDM-in artımı әhalinin gәlirlәrindә böyük tәrәqqiyә, yoxsulluğun azalmasına gәtirir. Belә ki, ekspertlәrin qiymәtlәndirmәsinә görә, Cini әmsalı 0,25 olan ölkәdә әhalinin adambaşına düşәn illik ÜDM-in 10% artımı yoxsulluğu 30%, 0,50 olan ölkәdә yalnız 10% azaldır. Uzunmüddәtli inkişaf göstәricilәri bunu göstәrir: B.Britaniyada 20% әn yoxsul әhalinin adambaşına düşәn gәlirin artım tempi ÜDM-in artım tempindәn 7 dәfә (1968–88), Braziliyada 3,9 dәfә (1971–89) aşağı idi. Adambaşına düşәn ümumi milli gәlir üzrә Azәrb. 74 yerdә qәrarlaşmışdır (2017). 

    Keçid iqtisadiyyatı ölkәlәrindә iqtisadi islahatlar әhali gәlirlәrinin, istehsal hәcminin vә ÜDM-in kәskin düşmәsinә gәtirmiş; iqtisadi zәiflәmәnin әhali gәlirlәrinә tәsiri proqnozlaşdırıldığından daha çox olmuşdur.

    Müxtәlif inkişaf sәviyyәli, müxtәlif әhali strukturuna vә ailә tәrkibinә malik vә s. ölkәlәrin bilavasitә әhali gәlirlәri üzrә müqaisә etmәk çәtindir. Bu sәbәbdәn beynәlxalq tәşkilatlar hәyat sәviyyәsini qiymәtlәndirmәk üçün valyutanın alıcılıq qa- biliyyәti pariteti nәzәrә alınmaqla adambaşına düşәn ÜDM (dollarla) göstәricisindәn istifadә edirlәr. Bu göstәriciyә әsasәn  90-cı illәrdә ölkәlәr arasında fәrq çox böyük idi: inkişaf etmәkdә olan ölkәlәrin göstәricilәri sәnaye cәhәtdәn inkişaf etmiş ölkәlәr qrupundan 6,2 dәfә, az inkişaf etmiş ölkәlәr – 19,1 dәfә aşağı idi. Adambaşına düşәn әn çox ÜDM göstәricisi 2017 ildә Qәtәr (125,1 min dollar) vә Lüksemburqda (106,3 min dollar); yüksәk sәviyyә, hәmçinin neft hasil edәn Küveytdә vә Cәnub-Şәrqi Asiya – Sinqapurda qeyd edilirdi; keçid iqtisadiyyatı ölkәlәri arasında әn yüksәk göstәrici Sloveniyadadır (23,6 min dollar, 2017).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN