GƏLİRLƏR HAQQINDA DEKLORASİYA (lat. declaratio – bәyanat, bildiriş) – vergi ödәyicisinin müvafiq dövlәt orqanı ilә qarşılıqlı münasibәt forması; qüvvәdә olan qanunvericilik ilә müәyyәn olunur, fiziki şәxslәrdәn gәlir vergisinin hesablanması vә ödәnilmәsi ilә bağlıdır. Doldurulmuş deklorasiyanı tәqdim edәn şәxs deklorant adlanır. Əksәr inkişaf etmiş bazar iqtisadiyyatlı ölkәlәrdә vergi deklorasiyası әsasında demәk olar, bütün növ fәaliyyәtlәrә görә fәrdi gәlir vergisi ödәnilir.