Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GƏMİ 

    GƏMİ – 1) sәrnişin, yük vә s. daşımaq, tәsәrrüfat, elmi-tәdqiqat, ov, idman, turizm, faydalı qazıntı hasilatı, hәmçinin hәrbi mәqsәdlәr üçün işlәdilәn üzәn qurğu.

    İnsanlar lap qәdimdәn su maneәlәrin- dәn keçmәk zәrurәti qarşısında qalmış, çay, göl vә dәnizlәrdәn ov üçün, hәrәkәt etmәk vә yük daşımaq mәqsәdilә rahat nәql. vasitәsi kimi istifadә etmişlәr. Əvvәllәr bu mәqsәdlә adi ağac gövdәlәrini işlәtmiş, daha sonralar ağac gövdәlәrini, yaxud qamış vә ya papirusu bir-birinә bәnd etmәklә sadә sallar düzәltmişlәr. Şm. ölkәlәrindә lap qәdimdәn, Mesopotamiya ovalığında e.ә. 8 әsrdәn karkas üzәrinә çәkilmiş ağac qabığı vә heyvan dәrisindәn yüngül qayıqlar hazırlanmış, Benqaliyada bişirilmiş gildәn dairәvi qayıqlar düzәldilmişdi. Hәlә e.ә. 10 әsrdә finikiyalıların G.-lәrindә müasir G.-lәrin konstruktiv elementlәri (kil, şpanhaum vә s.) vardı. 7 әsrdә universal avarlı G.-lәr meydana gәldi. 12–13 әsrlәrdә Qәrbi Avropada okean üçün yararlı karavella vә digәr yelkәnli G. növlәri quraşdırılırdı. 17 әsrdәn G. konstruksiyalarında dәmir, 19 әsrin 2-ci yarısından polad işlәdilmәyә başlandı. 19 әsrin әvvәllәrindә G.-lәrdә avar vinti, 20 әsrin әvvәllәrindә buxar turbinidaxiliyanma mühәrriki tәtbiq olundu. 20 әsrin ortalarında enerji qurğusu nüvә yanacağı ilә işlәyәn G.-lәr meydana çıxdı. Ümumiyyәtlә, minillik dövr әrzindә G. avarlı, avarlı-yelkәnli, yelkәnli G.-lәrdәn başlayıb, müasir atom G.-si, sualtı qanadlı, havayastıqlı vә s. G.-lәrәdәk böyük bir inkişaf yolu keçmişdir.

    Tәyinatına görә hәrbi (bax Hәrbi gәmi) vә mülki (nәql., ov, texniki, sәnaye-hasilat, inzibati, elmi-tәdqiqat, xidmәt vә s.); üzmә sahәlәrinә görә dәnizdә (bax Dәniz nәqliyyatı), daxili sularda (çay, göl, dәniz körfәz- lәri vә s.) vә hәm dәniz, hәm dә daxili sularda üzәn G.-lәr var. N ә q l i y y a t G.-lәri yük, sәrnişin vә yük-sәrnişin G.-lәrinә (12 nәfәrdәn çox sәrnişin üçün yer olan yük G.-lәri, yaxud kommersiya yüklәri üçün trümlәri olan sәrnişin G.-lәri; mәs., bәrә), yük G.-lәri dә öz növbәsindә quru vә ya әdәdi yüklәr daşıyan (konteynerdaşıyan, refrijerator vә s. G.-lәr), maye (neft, maye yanacaq, sürtkü yağı, qaz vә s.) daşıyan (tankerlәr) vә quru yük-maye daşıyan G.-lәrә ayrılır. O v G.-lәrinin ovlayan (balıq ovu gәmilәri, balinaovlayan gәmilәr vә s.), emaledici vә s. növlәri olur. Torpaqsoran, torpaqqazan, qruntdaşıyan, borudüzәn vә s. G.-lәr t e x n i k i G.-lәrdir. İ n z i b a t i  G.-lәrә inspektor, polis, sәrhәd, gömrük vә s. G.-lәri daxildir. S ә n a y e - h a s i l a t G.-lәrinә qızıl hasilatı draqları, neft-qazıma, ağacaxıtma G.-lәri aiddir. X i d m ә t G.-lәri (buksir, xilasetmә, hidroqrafik, dib-dәrinlәşdirәn, bunkerlәyici vә buzqıran G.-lәr, üzәn doklar, üzәn mayaklar) digәr G.-lәrin, port tәsәrrüfatının, su yollarının fәaliyyәtini vә texniki xidmәtini tәmin edir. Hәrәkәt xarakterinә görә G. özügedәn (mexaniki mühәrrikli, yelkәnli, avarlı) vә yedәklәnәn G.-lәrә; әsas energetika qurğusunun (EQ-nun) tipinә görә G.-lәr teploxodlara (dizel EQ), buxar gәmilәrinә (qazan-turbin vә ya qazan-maşın EQ), qazoturboxodlara (qaz-turbin EQ) vә atom gәmilәrinә (nüvә-güc qurğusu) ayrılır. Özügedәn G. – gövdә, G. qurğuları vә G. sistemlәri, hәrәkәtverici, energetika qurğuları, naviqasiya avadanlığı vә rabitә vasitәlәrindәn ibarәtdir. Hәrәkәt zamanı su sәthinә nәzәrәn vәziyyәtinә görә G.-lәr su altında (sualtı qayıq) vә su üstündә üzәn (su basımlı, qanadlı, havayastıqlı gәmi) olur. H a v a b o ş l u q l u  g ә m i l ә r i n dibindә kiçik boşluqlar yaradılır, bu boşluğa arakәsmәlәrdәn sürtkü rolunu oynayan hava verilir, nәticәdә G. hava sürtküsünün kömәyilә suyun üzәrindә sürüşür. Hava sürtküsü hidrodinamik müqavimәti azaltmağa vә G.-nin sürәtini artırmağa imkan verir. Bu tip G.-lәr. sürәtli sәrnişin, gәzinti, yük vә xidmәti G.-lәrdir. S u a l t ı   q a n a d l ı  G.-lәrin gövdәsinin altında sualtı aparıcı sәthlәr – qanadlar yerlәşir; hәrәkәt zamanı qanadlar qaldırıcı qüvvә yaradaraq G.-nin gövdәsini sudan tamamilә qaldırır. Nәticәdә G.-nin hәrәkәtinә suyun müqavimәti azalır, onun sürәti artır, gәmiçilik (üzmә) keyfiyyәtlәri artır. Belә G.-lәrin subasımından asılı olaraq sürәti 80–140 km/saat-dır.

    G.-nin gövdәsi, әsasәn, poladdan, yüngül әrinti, taxta, dәmir-beton, plastik kütlә vә s. materiallardan düzәldilir. G.-nin mühüm texniki vә istismar xarakteristikaları aşağıdakılardır: üzmә qabiliyyәti, dayanıqlığı, batmazlığı, gediş sürәti, G.-nin ölçülәri (uz., eni, bortunun hünd. vә s.), tam yükqaldırma qabiliyyәti (G.-dә bir dәfәdә götürülmәsi vә daşınması nәzәrdә tutulan yükün maks. kütlәsi), subasımı (üzәn G.-nin sıxışdırıb çıxardığı suyun miqdarı), tutumu (G.-nin yükgötürmә vә ya yüktutma qabiliyyәti), әsas mühәrrikinin növü vә gücü. Bax hәmçinin Atom gәmisi, Buzqıran gәmi, Elmi tәdqiqat gәmilәri. G.-nin müxtәlif istismar tәlәblәrini yerinә yetirmәk üçün texniki vasitәlәr (sükan, lövbәr, yedәk, yanalma yük qurğuları vә s.) kompleksi g ә m i   q u r ğ u l a r ı adlanır; G.-nin hәrәkәti zamanı onu idarә etmәk, port körpüsü yanında, yaxud akvatoriyada dayandırmaq, yüklәmә vә boşaltma işlәrini icra etmәk vә s. üçündür. G.-nin güc qurğularına xidmәt edәn vә ya müstәqil tәyinatı olan (gәmi sistemlәri mexanizmlәri, göyәrtә mexanizmlәri) mexanizmlәrә g ә m i  m e x a n i z m l ә r i  deyilir. G. mexanizmlәrinә müxtәlif nasoslar, hava kompressorları, separatorlar (yanacaq vә yağları mexaniki qatışıq vә sudan tәmizlәyir), trüm suları separatoru, ventilyatorlar, bucurqadlar (şpil, braşpil) vә s. daxildir. G.-dә qazı vә mayeni ötürmәk üçün boru kәmәrlәri vә armaturlar toplusu g ә m i  s i s t e m l ә r i d i r. Gәmi sistemlәri G.-nin üzmә keyfiyyәtlәrini, uzunömürlüyünü vә batmazlığını (yanğından mühafizә, ballast vә s.), hәyat şәraitinin (ventilyasiya, su tәchizatı, havanın kondisionerlәşdirilmәsi sistemlәri) saxlanılmasını, yüklәmә vә xilasetmә әmәliyyatlarının aparılmasını, ümumgәmi istismar ehtiyaclarını tәmin edir.

    2) İri tәyyarәlәrә hava G.-lәri, insanların kosmosa uçduğu aparatlara isә kosmik G.-lәr deyilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN