GƏMİQALDIRICI – gәmilәri bir sәviyyәdәn digәrinә keçirmәk üçün qurğu; daxili su yollarında gәmilәri bәndlәrdәn keçirmәk üçün, hidroqovşaqların vә hövzәlәrarası gәmiçilik kanallarının gәmiburaxma qurğusu kimi (şlüzlәrin әvәzinә), hәmçinin gәmilәri suya salmaq, yaxud onların sualtı hissәlәrinә baxış keçirmәk vә tәmir mәqsәdilә çıxarmaq üçün tәtbiq edilir. Su yollarında şaquli (porşenli, üzgәcli, kanatlı) vә maili (uzununa vә köndәlәn) G.-lar qurulur. Daha çox yayılmış porşenli G. suyun basqısı 20 m-әdәk olduqda qurulur; darvazalı (gәmi kanal vә kameranın darvazalarından kanala daxil olur, yaxud oradan çıxır), şaquli hidrosilindrlәrә söykәnәn kameradan ibarәtdir. Maili G. maili relyefli әrazilәrdә qurulur; gәmilәr xüsusi arabalarda, yaxud gәmidaşıyan kameralarda yerlәşdirilir. Slip vә şaquli G.-lar (şaquli hәrәkәt edәn gәmidaşıyan platformadan ibarәtdir) sәnaye G.-larına aiddir. Belә G.-lar bir neçә t-dan on minlәrlә t-adәk yük qaldıra bilәn hidravlik domkratlar, yaxud elektrik bucurqadları ilә tәchiz edilir.